Accessibility links

Azərbaycan və Rusiya maşınqayırma sahəisnə birgə layihəni müzakirə edir


Rusiya baş nazirininin müavini Azərbaycan prezidenti ilə görüşüb

Azərbaycan və Rusiya arasında maşınqayırma sahəsində birgə layihə ilə bağlı müzakirələr aparılır. Bunu Rusiya Federasiyası baş nazirinin müavini Dmitri Roqozin mayın 18-də Bakıda Azərbaycan prezdenti İlham Əliyevlə görüşündə bildirib.

Azərbaycanın dövlət başçısı iki ölkə arasında əlaqələrin uğurla və dinamik şəkildə inkişaf etdiyini bildirib.

Bu barədə Azərbaycan prezidentinin rəsmi saytı məlumat yayıb.

İ.Əliyev qeyd edib ki, Rusiya Federasiyası baş nazirinin müavini Dmitri Roqozinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin gündəliyi ilə bağlı məsələlərin bir daha nəzərdən keçirilməsi üçün yaxşı imkan yaradır.

İ.Əliyev Dmitri Roqozinin Azərbaycan-Rusiya hökumətlərarası birgə komissiyasının həmsədri kimi Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafındakı rolunu xüsusi qiymətləndirib.

İ.Əliyevin sözlərinə görə, Azərbaycanla Rusiya arasında əməkdaşlıq ikitərəfli əlaqələrin bütün sahələrini, o cümlədən xarici siyasət, iqtisadiyyat, sosial, humanitar və digər sahələri əhatə edir. O, görülən işlərin nəticələrinin nəzərdən keçirilməsi və atılacaq addımların müəyyənləşdirilməsi baxımından indiki görüşün əhəmiyyətini qeyd edib.

Öz növbəsində D.Roqozin Azərbaycanla Rusiya arasında ticari-iqtisadi, mədəni, təhsil və digər sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası birgə komissiyanın iclaslarının əməkdaşlığın inkişafı baxımından önəmini vurğulayıb. O deyib ki, hazırda Rusiya və Azərbaycan üçün maraqlı və perspektivli ola biləcək maşınqayırma sahəsinə aid birgə layihə ilə bağlı iki ölkə arasında müzakirələr aparılır.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bu, Dmitri Roqozinin bu il Bakıya üçüncü səfəridir.

XS
SM
MD
LG