Accessibility links

Leyla və Arif Yunusuların kassasiya şikayəti üzrə məhkəmə prosesi qeyri-müəyyən vaxta qalıb


Leyla Yunus və Arif Yunus məhkməə önündə

Leyla Yunus və Arif Yunus məhkməə önündə

Kassasiya şikayətlərində onların barələrində olan cinayət işinə xitam verilməsi və bəraət hökmünün çıxarılması istənilib

Ali Məhkəmədə Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə bu günə təyin olunanməhkəmə iclası baş tutmayıb.

Vəkil Əfqan Məmmədovun verdiyi məlumata görə, Leyla və Arif Yunuslar ölkədə olmadığı üçün proses qeyri-müəyyən vaxta təxirə salınıb.

Qeyd edək ki, Leyla və Arif Yunuslar Cinayət Məcəlləsinin 178.3.2-ci və digər maddələrinə əsasən ittiham olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci tarixli hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə həmçinin onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi öz əksini tapıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər.

Bakı Apellyasiya Məhkəməsinin 2015-ci il noyabrın 12-də keçirilən prosesində isə Arif Yunusun barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib, ondan başqa yerə getməməklə bağlı iltizam alıb. Bundan sonra A. Yunus məhkəmə zalından azadlığa buraxılıb.

2015-ci il dekabrın 9-da isə apellyasiya şikayəti üzrə qərar elan edilib. Qərara əsasən Leyla Yunus barəsində təyin olunan 8 il 6 ay, Arif Yunus barəsində isə təyin olunan 7 il müddətində azadlıqdan məhrum etmə cəzası 5 il sınaq müddəti təyin olunmaqla şərti hesab edilib.

Leyla Yunus məhkəmə zalından azadlığa buraxılıb. Bir müddət sonra onların hər iki müalicə olunmaq üçün Hollandiyaya gediblər.

Kassasiya şikayətlərində onların barələrində olan cinayət işinə xitam verilməsi və bəraət hökmünün çıxarılması istənilib.

XS
SM
MD
LG