Accessibility links

N!DA üzvü Amid Süleymanov 10 gün azadlıqdan məhrum edilib [Yenilənib]


Amid Süleymanov

Amid Süleymanov

N!DA üzvü Amid Süleymanov 10 gün azadlıqdan məhrum edilib.

Elnur Muxtar

Elnur Muxtar

Həmçinin Meydan Tv yazır ki mayın 25-də səhər saatlarında saxlanılan fotoreportyor Elnur Muxtara 10 sutka inzibati cəza verilib.

***

Mayın 25-də fotoreportyor Elnur Muxtarı və NİDA Vətəndaş Hərəkatının üzvü Amid Süleymanovu polis saxlayıb. Onların "heykəl işinə"görə saxlandıqları ehtimal olunub. Bu haqda NİDA Vətəndaş hərəkatının yaydığı bəyanatda deylir:

"Özlərinin bildirdiyinə görə, bir neçə gün idi izlənilirdilər. Ehtimallara görə, heykəl məsələsinə görə saxlanılıblar. Məlum heykəlin üzəri yazılan gün onlar o ərazidən keçiblər və dayanıb heykəlin üzərində yazılmış "Qul bayramınız mübarək" sözlərini oxuyublar. Həmin an ərazidəki kameralarda görüntülənib. Bu səbəbdən də onlar saxlanılıb".

Bildirilir ki, polis mayın 25-də Elnur Muxtarın evində axtarış aparıb, onun məxsus fotokamera və noutbuk götürüblər.

Elnur Muxtarın Amid Süleymanovla birgə Bakı şəhər Baş Polis İdarəsinə aparıldığı deyilir.

***

Mayın 25-də gənc fəal Amid Süleymanov yaşadığı mənzildən aparılıb.

Bu barədə Nida Vətəndaş Hərəkatı məlumat verib.

Məlumatda deyilir ki, bu gün səhər saatlarında Nida Vətəndaş Hərəkatının və ADR-in üzvü, jurnalist, mediaforum.az portalının keçmiş əməkdaşı Amid Süleymanov polis tərəfindən həbs olunaraq 5-ci polis bölməsinə aparılıb.

Atasının bildirdiyinə görə, sonra 5-6 mülki geyimli şəxs evlərində axtarış aparıb. Evdən komputer və Amid Süleymanovun xarici pasportu götürülüb. Hökumət yenidən siyasi həbslər dalğasına başlayıb. Son 15 gündə 3-cü gəncdir həbs olunur.

Hərəkat xatırladır ki, Son 15 gündə 3-cü gəncdir həbs olunur.

Bununla bağlı DİN-nin mətbuat xidmətindən şərh almaq olmayıb.

Qeyd edək ki, Mayın 12-də Xətai rayon məhkəməsi gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimov barədə 4 aylıq həbs qətimkan tədbiri seçib. Daxili İşlər Nazirliyinin məlumatına görə, gənclərin hər birinin üstündən 2 qram, evlərindən isə 1 kiloqramdan artıq heroin çıxıb.

Beynəlxalq qurumlar gənc fəalların siyasi motivlə həbs olunduğu barədə bəyanatlar yayıblar.

Mayın 16-da da B. Məmmədovun ona işgəncələr verilməsi ilə bağlı məktubu yayılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə gənclərin onlara işgəncə verilməsi ilə bağlı dediklərini təkzib ediblər.

Üstəlik, Ombudsman Aparatından da gənclərə işgəncə verilmədiyi bildirilib

XS
SM
MD
LG