Accessibility links

İsrailin müdafiə naziri: İsrail-Azərbaycan əməkdaşlığı geniş spektr üzrə inkişaf edir


İsrail və Azərbaycan arasında əməkdaşlıq ən geniş spektr üzrə və olduqca dinamik inkişaf edir.

Bunu İsrailin yeni müdafiə naziri Aviqdor Liberman Trend agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, münasibətlərin səviyyəsi həqiqətən də çox yüksəkdir və iki ölkə üçün onların əhəmiyyətini qiymətləndirmək çətindir:

"Bütün sahələrdə ikitərəfli qarşılıqlı fəaliyyətin genişləndirilməsi dövlətlərimizin maraqlarına cavab verir və mənə oldquca perspektivli görünür".

Terrorçuluqla mübarizə sahəsində Azərbaycanla əməkdaşlığa toxunan nazir qeyd edib ki, hazırda terrorçuluqla mübarizə məsələsi İsrail üçün həyati önəmə malikdir:

"Dövlətin əsası qoyulduğu andan etibarən bütün tarix boyunca terrorçuların mütəmadi, davamlı hücumlarına qarşı durmaq məcburiyyətində qalmışıq. Beynəlxalq terrorun qarşısını almaq üçün azad dünyanın bütün ölkələri öz səylərini birləşdirməlidir".

Avdiqor Liberman Azərbaycanda dəfələrlə səfərdə olub. Yeni müdafiə naziri bir neçə il öncə İsrailin xarici işlər naziri olarkən də Azərbaycana səfərlər edib, ikitərəfli münasibətlərin inkişafında mühüm danışıqlar aparıb. Cənab Liberman Azərbaycanda qeyri-rəsmi səfərlərdə də olub.

İki dövlət arasında münasibətlərin hərtərəfli və yüksək səviyyədə olduğu qeyd edilsə də Azərbaycanın İsraildə səfirliyi yoxdur.

XS
SM
MD
LG