Accessibility links

Patrick Penninckx: Diffamasiya qanunvericiliyi fikrin azad ifadəsinə mane yaratmamalıdır [Video-müsahibə]


Patrick Penninckx: Diffamasiya qanunvericiliyi fikrin azad ifadəsinə mane yaratmamalıdır
please wait

No media source currently available

0:00 0:06:14 0:00

Patrick Penninckx: Diffamasiya qanunvericiliyi fikrin azad ifadəsinə mane yaratmamalıdır

Avropa Şurasının İnformasiya Cəmiyyəti İdarəsinin rəhbərinin Amerikanın Səsinə müsahibəsi

Avropa Şurasının İnformasiya Cəmiyyəti İdarəsinin rəhbəri Patrick Penninckx Amerikanın Səsinə müsahibəsində diffamasiya, mətbuat azadlığı sahəsində Avropa dəyərləri və Azərbaycanda media azadlığı məsələlərindən danışıb.

Amerikanın Səsi: Sizin fikrinizcə Azərbaycanın diffamasiya qanunu necə olmalıdır?

Diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması öz-özlüyündə sadəcə kifayət deyil. Çünki, mülki qanunvericilikdə də elə ağır cəzalar nəzərdə tutula bilər ki, məsələn, cərimələrin məbləğinin həddən yuxarı olması, məhz jurnalistlərə və şəxslərə çəkindirici təsir göstərə bilər.

Patrick Penninckx: Düşünürəm ki, sizin (Azərbaycanın-red) Konstitusiya Məhkəməniz artıq diffamasiya haqqında qanunun necə olması barədə öz rəyini bildirib. Belə səylər də olub ki, diffamasiya ilə bağlı cinayət müddəaları aradan qaldırılsın, diffamasiyaya görə cinayət məsuliyyəti nəzərdə tutulmasın. Bütövlükdə, bu meyl bütün Avropa ölkələrində mövcuddur. Əlbəttə ki, diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması öz-özlüyündə sadəcə kifayət deyil. Çünki, mülki qanunvericilikdə də elə ağır cəzalar nəzərdə tutula bilər ki, məsələn, cərimələrin məbləğinin həddən yuxarı olması, məhz jurnalistlərə və şəxslərə çəkindirici təsir göstərə bilər.

Amerikanın Səsi: Azərbaycan Avropa Sosial Xartiyasına qoşulub və cərimələr əmək haqlarına uyğun olmalıdır. Bununla bağlı qanunvericilikdə nə nəzərdə tutulub?

Hər hansı bir KİV cəriməni ödəmək iqtidarında olmadığına görə bağlanırsa, bunu artıq mütənasiblik şəklində təyin olunmuş cəza adlandırmaq olmaz. Bu, Avropa Məhkəməsi tərəfindən pozuntu kimi qəbul ediləcək.

Patrick Penninckx: Burada mütənasiblik prinsipinə mütləq əməl edilməsi vacibdir. Avropa Məhkəməsi olaraq biz bu kontekstə nəzər salırıq. Kimə qarşı cərimə tətbiq olunur, məhz işin konkret hallarından asılı olaraq qərar qəbul edirik. Bu hallardan asılı olaraq mütənasibliyin pozulmaması mütləq vacibdir. Məsələn, hər hansı bir KİV cəriməni ödəmək iqtidarında olmadığına görə bağlanırsa, bunu artıq mütənasiblik şəklində təyin olunmuş cəza adlandırmaq olmaz. Bu, Avropa Məhkəməsi tərəfindən pozuntu kimi qəbul ediləcək.

Amerikanın Səsi: Azərbaycan hökuməti bir qayda olaraq bildirir ki, ölkədə diffamasiyaya görə həbslər yoxdur. Amma, başqa cinayətlərlə jurnalistlər və blogerlər həbsdədir. Buna münasibətiniz necədir?

Avropada elə ölkələr var ki, hətta yenidən cinayət məsuliyyəti müəyyən ediblər, diffamasiyaya görə məsuliyyət nəzərdə tutan maddələri Cinayət Məcəlləsinə yenidən daxil ediblər. İqtidar bir qayda olaraq, özünü müdafiə etmək üçün diffamasiya haqqında qanunvericilikdən istifadə edir.

Patrick Penninckx: Diffamasiya qanunu, diffamasiya ilə bağlı məsələlər tarixin özü qədər qədimdir. Siyasi sistemlər mövcud olduğu bütün vaxtlarda rəhbərlər özlərini müdafiə etmək üçün bundan istifadə ediblər. Avropaya nəzər salsaq, 47 dövlətdən yalnız onunda diffamasiyaya görə cinayət məsuliyyəti nəzərdə tutulmur. Amma, diffamasiya qanunvericiliyi elə olmamalıdır ki, bu jurnalistlərin hansısa bir şəkildə fikirlərini, rəylərini azad şəkildə ifadə etməsinə mane yaratmış olsun. Avropada elə ölkələr var ki, hətta yenidən cinayət məsuliyyəti müəyyən ediblər, diffamasiyaya görə məsuliyyət nəzərdə tutan maddələri Cinayət Məcəlləsinə yenidən daxil ediblər. İqtidar bir qayda olaraq, özünü müdafiə etmək üçün diffamasiya haqqında qanunvericilikdən istifadə edir. Amma, bu onların əlindəki yeganə vasitə deyil. Təəssüflər olsun ki, diffamasiya qanunvericiliyində nəzərdə tutulmasa belə, digər vasitələrdən də istifadə edərək jurnalistlərə təsir göstərməyə çalışırlar, bu belə olmamalıdır.

Amerikanın Səsi: Azərbaycan hökumətinə bu gün həbsdə olan jurnalistlərlə bağlı bir çağırışınız, müraciətiniz varmı?

Patrick Penninckx: Əslində, çağırışlar etmək bizim baş katibin işidir. O müxtəlif çağırışları edir. Amma, mənim də burada olduğum zaman görüşlərim nəzərdə tutulub. Xüsusilə, cənab nazirlə görüşümüz zamanı müxtəlif məsələləri müzakirə edəcəyik. Əlbəttə, Avropa tərəfinin mövqeyini (Avropa İnsan Hüquqları Məhkəməsinin, Avropa Şurası Nazirlər Komitəsinin) açıqlayacağıq. Məhz, bu məsələlərlə bağlı öz fikrimizi ifadə edəcəyik.

Amerikanın Səsi: Avropa Şurasının özü, son zamanlar jurnalistlərin təhlükəsizliyinin təmin olunması, onların əsassız həbslərdən qorunması istiqamətində hansı addımlar atır, hansı tövsiyyələr qəbul edir?

Sizin peşə elə bir peşədir ki, bir çox ölkələrdə, yəni hər yerdə çox təhdidlərlə, təhlükələrlə üzləşən bir peşədir.

Patrick Penninckx: Belə tədbirlərdən biri kimi Avropa Şurası tərəfindən hazırlanmış “Jurnalistlərin müdafiəsi üzrə Platforma”nı göstərə bilərik. Jurnalistlərə qarşı hansısa bir problem, insident olduqda onlar bu barədə birbaşa bu platforma vasitəsi ilə Avropa Şurasını xəbərdar edə bilirlər. Son bir il ərzində 158 belə müraciət daxi olub. Jurnalistlərə qarşı müxtəlif hərəkətlər ola bilər. Yəni ən pis halda onların öldürülməsindən, təhdid edilməsindən başlaraq narahat edilməsinədək və sairə. Hazırlanmış müdafiə vasitələrindən biri budur. Avropa Şurası çatdırılan bu həyəcan təbilini, məlumatları hökumətlərlə bölüşür və Avropa Şurası olaraq prezidentlərə, baş nazirlərə bu barədə tədbirlər görülməsi üçün məlumat verilir. Bundan başqa, Avropa Şurası Nazirlər Komitəsi, Avropa Şurası Parlament Assambleyası bəyanatlarla çıxış edir. Yəni, Avropa Şurası bir dəyərlər əsasında qurulmuş təşkilatdır. Bu təşkilatın üzvü olmaq üçün mütləq həmin dəyərləri bölüşmək, onlara malik olmaq lazımdır. Avropa Şurası qarşısında götürülmüş öhdəlik sadəcə mənəvi xrarakter daşıyır. Biz, BMT kimi hansısa münaqişə olan zonaya münaqişəni yatırtmaq üçün mavi dəbilqəlilər göndərə bilmirik. Amma, bizim əlimizdəki silah, məhz mənəvi dəyərə sadiq qalmaqdır. Sizin peşə elə bir peşədir ki, bir çox ölkələrdə, yəni hər yerdə çox təhdidlərlə, təhlükələrlə üzləşən bir peşədir. Avropa ölkələrinə nəzər salsaq demək olar ki, hamısında sərbəst şəkildə bu peşəni icra etmək mümkün deyil. Amma, yenə də əlimizdən gələni etməliyik ki, demokratik cəmiyyətdə jurnalistlərin sərbəst şəkildə öz fəaliyyətini göstərmək imkanı olsun və bunu həyata keçirə bilsinlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG