Accessibility links

Ceyms Uorlik: Minsk qrupu prezidentlərin görüşünün keçiriləcəyinə ümid edir


Ceyms Uorlik

Ceyms Uorlik

ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ üzrə görüşünün iyunda keçiriləcəyinə ümid edir.

Bu barədə amerikalı həmsədr Ceyms Uorlik "Twitter" mikrobloqunda yazıb.

O qeyd edib: "Azərbaycanın xarici işlər naziri ilə Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli nizamlanması məsələsi üzrə vacib danışıqlar apardıq. Biz iyunda prezidentlərin görüşəcəyinə ümid edirik".

Mayın 31-də Brüsseldə ATƏT -in Minsk qrupu həmsədrləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər.

Bu il aprelin 2-dən 5-dək Qarabağ cəbhəsində döyüşlər olub. Hər iki tərəf onlarla itki vedib.

Döyüşlərdən sonra Vyanada Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarkisyan, ABŞ-ın dövlət katibi Con Kerri, Rusiya xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir, ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşikin iştirakı ilə görüş keçirilib. Görüş zamanı iyunda prezidentlərin görüşünün keçirilməsi barədə razılıq əldə edilib.

XS
SM
MD
LG