Accessibility links

Amnesty İnternational: Gənc fəallar azadlığa buraxılmalıdır


Amnesty İnternational (Beynəlxalq Əfv) təşkilatı mayın 10-da saxlanmış gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimovun azadlığa buraxılmasına çağıran açıqlama yayıb.

Təşkilat hər iki gənci "vicdan məhbusu" elan edib.

Qurum fəallara qarşı işgəncə iddialarını da araşdırmağa çağırır.

Bayram Məmmədov və Qiyas İbrahimov keçmiş prezident Heydər Əliyevin heykəli üstünə etirazçı şüarlar yazandan sonra saxlanıb. Hüquq-mühafizə orqanları gənclərin hər birinin evindən 1 kiloqramdan artıq heroin aşkarlandığını bildirir. Gənclər barəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamıyla 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onlar işgəncəyə məruz qaldıqlarını bildirsələr də, rəsmilər bu iddiaları təkzib edib.

Amnesty International beynəlxalq ictimaiyyəti gənclərin azadlığa buraxılması, işgəncə iddialarının araşdırılması tələbiylə prezident İlham Əliyevə, Baş prokuror Zakir Qaralova, Kürdəxanı təcridxanasına məktub yollamağa çağırır.

XS
SM
MD
LG