Accessibility links

Naxçıvanın keçmiş milli təhlükəsizlik nazirinin məhkəməsi başlayır


Vsif Talıbov və Vəli Ələsgərov
Vsif Talıbov və Vəli Ələsgərov

Naxçıvanın həbsdə olan sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərov barəsində cinayət işi üzrə hazırlıq iclası iyunun 8-i saat 10.00-a təyin edilib. Cinatyət işi mayın 31-də baxılması üçün Naxçıvan Hərbi Məhkəməsinə göndərilib. Bu barədə vəkil Vüqar Xasayev Amerikanın Səsinə bildirib.

Məhkəmə prosesinə sədrliyi Naxçıvan Muxtar Respublikası hərbi məhkəməsinin sədri Qasım Əliyev edəcək.

V. Ələsgərov 15 il Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri olub. O nazir vəzifəsindən 2015-ci il dekabrın ortalarında azad edilib. Bu il martın 7-də həbs edilib və Cinayət Məcəlləsinin 179.3.2, 308.1 və 309.1-ci (böyük ölçüdə mənimsəmə, sui-istifadə və vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur.

Martın 29-da Ələsgərov ev dustaqlığına buraxılıb. Ələsgərov ev dustaqlığına buraxıldıqdan sonra işgəncələrə məruz qalması, özünün və yaxın qohumlarının mülkiyyətlərinin əllərindən alınması və çoxsaylı qohumlarının vəzifələrindən azad edilməsi ilə bağlı bəyantalarını mətbuat orqanları vasitəsi ilə ictimaiyyətin diqqətinə çatdırıb.

Bundan sonra mayın 14-də keçmiş nazir barəsində ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib. O yenidən Naxçıvan İstintaq Təcridxanasına qaytarılıb.

Mayın 24-də keçmiş nazirə qarşı qanunsuz dinləmə barədə Cinayət Məcəlləsinin 302-ci maddəsi (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) ilə yeni ittiham irəli sürülüb.

“Bu ittihamın (dinləmənin) Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov və onun ailə üzvlərinə aidiyyatı yoxdur. Söhbət vətəndaşlardan gedir və bu da təsdiqini tapmır”, vəkil Vüqar Xasayev Amerikanın Səsinə bildirib.

Vəkil iyunun 6-da müdafiə tərəfi orderlərinin surətini Naxçıvan Hərbi Məhkəməsinə göndərdiyini deyib.

"Məhkəməyə bildirmişik ki, cinayət işindəki zəruri sənədlərin surəti hələ də müstəntiqlər tərəfindən müdafiə tərəfinə təqdim edilməyib. Ona görə də biz hazırlıq iclasına vəsatətlər hazırlaya bilməmişik. Eyni zamanda xahiş etmişik ki, təqsirləndirlən şəxs Vəli Ələsgərovla onun saxlandığı Naxçıvan MR-nın Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində görüşmək üçün imkan yaradılsın", Xasayev qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG