Accessibility links

Elçin Sadıqov: Vəkil sirrinə müdaxilə edilir


“Təcridxananın əməkdaşlarının qanunsuz axtarışına məruz qaldım. Bu axtarış heç də üzərimdə hər hansı qadağan olunmuş əşyanın olub-olmamasını yoxlamaq üçün deyildi. Axtarışın məqsədi vəkil sirrinə müdaxilə etmək, müdafiə etdiyim şəxslərlə yazılı ünsiyyət saxlamağımın qarşısını almaq idi. Mənə qarşı belə axtarışları bir qayda olaraq gənclərlə görüşdə etdiyim qeydlərdəki bilgiləri ələ keçirmək məqsədilə həyata keçirirlər ”

Bu barədə gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimovun vəkili Elçin Sadıqov facebook səhifəsində yazıb.

Bayram Məmmədov və Qiyas İbrahimovun keçmiş prezident Heydər Əliyevin heykəlinin bünövrəsinə etirazçı şüarlar yazılmasına görə həbs edildiyi güman edilir. Hüquq-mühafizə orqanları isə gənclərin hər birinin evindən 1 kiloqramdan artıq heroin aşkarlandığını bildirir.

Gənclər barəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Onlar polis idarəsində işgəncəyə məruz qaldıqlarını bildirsələr də, rəsmilər deyilənləri təkzib edib.

Vəkil yoxlamaya məruz qalmasınıın qanunsuz olduğunu, pozuntuların aradan qaldırılmasından ötrü bütün hüquqi vasitələrdən istifadə edəcəyini vurğulayıb.

Gənclərin səhhətinə gəldikdə isə Sadıqov yazıb:

Bayram Məmmədov və Qiyasəddin İbrahim
Bayram Məmmədov və Qiyasəddin İbrahim

“Bakı İstintaq Təcridxanasında saxlanılan gənc fəallar Qiyas İbrahimovla Bayram Məmmədovun əhval-ruhiyyəsi yaxşıdır. Gənclər deyir ki, artıq işgəncələrin ağrıları azalıb, özlərini yaxşı hiss edirlər. Bundan başqa hər iki gənc Avropa Məhkəməsində hüquqlarını müdafiə etməkdən ötrü mənə və vəkil Zibeydə Sadıqovaya etibarnamə verib. Hər kəsə salam dedilər”, vəkil qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG