Accessibility links

Prokuror Qənimət Zahidin qohumlarına 8 il 6 ay həbs istəyib


Qənimət Zahid

Qənimət Zahid

İyunun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hazırda Fransada yaşayan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidovun barəsində olan cinayət işi üzrə prokuror çıxış edib.

Vəkil Bəhruz Bayramov Amerikanın Səsinə bildirib ki, dövlət ittihamçısı hər bir təqsirləndirilən şəxsin 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Rüfət Zahidovun hüquqlarını müdafiə edən vəkil Bayramov prokurorun çıxışından sonra müdafiə nitqi söyləyib.

Müdafiə nitqində müdafiə etdiyi şəxsin heç bir cinayət törətmədiyini və məhkəmədən onun barəsində bəraət hökmü çıxarmasını istəyib.

Rövşən Zahidovun vəkili müdafiə nitqi üçün hazır olmadığından proses iyunun 20-də davam etdiriləcək.

Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 234.4.1 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur. Rüfət Zahidov və Rövşən Zahidov 2014-cü ilin iyulunda həbs edilib.

XS
SM
MD
LG