Accessibility links

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-da silahlı hücumu qınayır


Xarici İşlər Nazirliyi

Xarici İşlər Nazirliyi

Nazirlik həlak olanların ailələrinə baş sağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ-da çoxlı insan ölümü ilə nəticələnən hadisəyə münasibət bildirib.

XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib: “12 iyun 2016-cı ildə Amerika Birləşmiş Ştatlarının Orlando şəhərində çox sayda insanın ölümü və yaralanması ilə nəticələnən dəhşətli silahlı hücumu qınayırıq. Həlak olanların ailələrinə və Amerika Birləşmiş Ştatlarının xalqına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik”.

XS
SM
MD
LG