Accessibility links

Əli Abbasov: Dünyada ideologiyalar deyil, dəyərlər bir-biri ilə vuruşur [Video]


AMEA-nin professoru Amerikanın Səsinə müsahibəsində Orlandodakı terror hücumu, terroru doğuran səbəblərdən danışıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri, professor Əli Abbasov Amerikanın Səsinə müsahibəsində Orlandodakı terror aktına Azərbaycan cəmiyyətinin münasibəti, dünyada dözümsüzlük və ifrat açıq dəyərlər, terroru döğuran səbəblərdən danışıb.

Amerikanın Səsi: ABŞ-da baş verən terror hücumuna Azərbaycan ictimaiyyətinin reaksiyası qanedicidirmi?

Azərbaycan cəmiyyəti bir balaca bu məsələdə, açıq reaksiya verməyə çətinlik çəkir.

Əli Abbasov: Mən mətbuatdan bildim ki, Azərbaycanda olan gey qrupları Amerika səfirliyinin yanında bu həqiqətlərlə bağlı bir nümayiş edib. Ümumiyyətlə, bütün mətbuat bu və ya digər formada o məlumatı dərc edib, amma, bu olaya qiymət demək olar ki, verilmir. Demək olar ki, Azərbaycan cəmiyyəti bir balaca bu məsələdə, belə deyək də, açıq reaksiya verməyə çətinlik çəkir.

Amerikanın Səsi: Ekspertlər son dövrlər Norveçdə, Brüsseldə, Parisdə və ABŞ-da baş verən terror hücumlarının əsas səbəblərindən biri kimi dözümsüzlüyü qeyd edir. Cəmiyyətlərin dözümsüzlükdən liberal dəyərlərə keçməsi üçün hansı addımlar atılmalıdır?

Bütün dünyada terrorizmi yeni bir məna alır. Bunu dəyişdirmık üçün dünyada ümumi bir mübarizə lazımdır.

Əli Abbasov: Ümumiyyətlə, dözümsüzlüyü qəbul edib-etməmək olar. Bəlkə, heç baş verənlər bununla bağlı da deyil. Dözümsüzlük bu gün bütün dünyada gedən bir prosesdir. Təbii ki, bu proses 2001-ci ildə Amerikadakı olan proseslərdən əmələ gəlib. Bütün dünyada terrorizmi yeni bir məna alır. Bunu dəyişdirmık üçün dünyada ümumi bir mübarizə lazımdır. Kimsə dünyada xalqları, millətləri birləşdirən bir proqram verməlidir.

Amerikanın Səsi: Azərbaycan dünyada multikultural dəyərlərin yayılmasını təbliğ edir. Azərbaycan da daxil olmaqla dünyada dövlətlərin idarə edilməsində multikultural dəyərlərə istinad edilirmi?

Azərbaycanda gəlmə insanlar yoxdur. Yəni, hamı burada yaşayan insanlardır. Burada multikultiralizm deyil, azərbaycançılıq ideologiyasıdır.

Əli Abbasov: Multikultralizmi birinci Avropa dövlətlərində və Kanadada yaranıb. Orada gəlmə insanlara qarşı bir multikultral siyasət yeridilib. Azərbaycanda gəlmə insanlar yoxdur. Yəni, hamı burada yaşayan insanlardır. Burada multikultiralizm deyil, azərbaycançılıq ideologiyasıdır. Dünyada isə multikultiralizm artıq demək olar ki, öz mövqeyini itirir. Avropada bir siyasi komponent kimi öznü doğrultmur. Bununla yanaşı, bu gün multikultiralizmdən imtina da etməyiblər, amma elə başa düşürlər ki, yeni bir strategiya olmalıdır.

Amerikanın Səsi: Hansı strategiya olmalıdır?

Mədəniyyətlər arasında olan fərqləri başa düşmək, ona hörmət etmək, onlardan qorxmamaq lazımdır.

Əli Abbasov: Bu strategiya ondan ibarət olmalıdır ki, bütün xalqların məbəniyyətlərinə hörmətlə yanaşılsın. Mədəniyyətlər arasında olan fərqləri başa düşmək, ona hörmət etmək, onlardan qorxmamaq lazımdır. Bir-birinin mədəniyyətləri ilə tanış olmaq vacibdir. Bu böyük bir prosesdir. Qloballaşma dövründə xırda mədəniyyətlərin yoxa çıxmasının qarşısını almaq lazımdır.

Amerikanın Səsi: İfrat açıq cəmiyyət və ifrat totalitar nəzarət, bu dəyərlərin hansı terroru qaçılmaz edir?

Terrorizmin cürbəcür kökləri var. Bu köklər ola bilsin ki, qərbdə və şərqdə özünü oxşar və ya fəqrli formalarda büruzə verir.

Əli Abbasov: Hər ikisi. Terrorizmin iki növü olur. Yəni terrorizmi yaxşı yaşayış formasından da irəli gələ bilər. Bu artıq dözümsüz yaşayış forması kimi də özünü göstərib. Yəni, biz Breyviki götürə bilərik və axırıncı terror hadisəsini də götürə bilərik. Breyvikin nəyi çatışmırdı, ona nə lazım idi? Buna baxanda görürük ki, terrorizmin cürbəcür kökləri var. Bu köklər ola bilsin ki, qərbdə və şərqdə özünü oxşar və ya fəqrli formalarda büruzə verir.

Amerikanın Səsi: İndi dünyada iki qütb var. Biri ifrat dərəcədə totalitar nəzarət, digəri ifrat dərəcədə açıqlıqdır. Bir tərəfdən xtistianlıqda eyni cinslərin evlərnməsi tendensiyası güclənir, islamda isə insana totalitar nəzarət daha da genişlənir. Bu dəyərlərin müqayisəsində terror nə deməkdir?

İfrat qərb cəmiyyətinin dəyərləri və şərqdə, xüsusilə müsəlman dünyasında olan ifrat qanunlar hansısa bir ortaq məxrəcə gəlməlidir. Bunun üçün bir dialoq başlanmalıdır.

Əli Abbasov: Bu gün artıq ideologiyalar deyil, dəyərlər bir-biri ilə vuruşur. Dəyərlərin arxasında mədəniyyətlər durur. Mədəniyyət də insana ən yaxın olan bir fenomendir. Ona görə də dəyərlərin toqquşması, vuruşması, o Samuel Hantinqtonun neoatlantizmi nəzəriyyəsində deyildiyi kimi, bu günki dünya sivilizasiyaların toqquşmasıdır. Bax bu onu göstərir. Ona görə ki, əgər bir sivilizasiya, mədəniyyət nəyisə qəbul edirsə, onu özünə görə qəbul etməlidir. Bunu başqalarına mütləq bir qanun kimi tətbiq etməməlidir. Bunlar onu göstərir ki, ifrat qərb cəmiyyətinin dəyərləri və şərqdə, xüsusilə müsəlman dünyasında olan ifrat qanunlar hansısa bir ortaq məxrəcə gəlməlidir. Bunun üçün bir dialoq başlanmalıdır. Belə bir dialoq ötən əsrin 60-cı illərindən başlayaraq Avropa və ərəb ölkələri arasında olub. Bu çox böyük bir nəticə verib. Yəni, bir il ərəb ölkələrində görüşürdülər, bir il isə Avropanın hansısa şəhərində görüşürdülər və islamı xristianlıqla müqayisə edirdilər. Bax belə bir dialoqlar bu gün yoxdur.

XS
SM
MD
LG