Accessibility links

Ceyms Uorlik : Görüş tərəflər arasında etibarın yaranmasına kömək edəcək


Ceyms Uorlik
Ceyms Uorlik

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın iyunun 20-də baş tutacaq görüşü tərəflər arasında etibarın yaranmasına kömək edəcək və Dağlıq Qarabağ münaqişəsi üzrə çərçivə sazişi üzərində işləməyə şərait yaradacaq.

Bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Twitter səhifəsində yazıb.

Iyunun 20-də Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan prezidentləri ilə görüşündə Qarabağ nizamlanması məsələləri müzakirə olunacaq.

Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Y.Uşakovun sözlərinə görə, əvvəlcə Putin Sarkisyan və Əliyevlə ayrı-ayrı görüşlər keçirəcək, daha sonra üç prezident birgə danışıqlar aparacaqlar.

O bildirib ki, Rusiya aprelin əvvəllərində Dağlıq Qarabağda baş verən döyüş əməliyyatlarının dayandırılmasında həlledici rol oynayıb.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb və 1991-ci ldən aktiv hərbi qarşıdurma baş verib. Nəticədə Azərbaycanın ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) ermənilərin nəzarətinə keçib.

1994-cü ilin mayənda tərəflər atəşkəs sazişi imzalayıb.

ATƏT-in Minsk qrupu artıq 24 ildir ki, münaqişənin dinc yolla nizamlanması üçün vasitəçilik edir.

2016-cı il aprelin 2-dən 5-dək təmas xəttində ağır döyüşlər baş vüerib və hər iki tərəfdən onlarla hərbçi həlak olub. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə edib. Buna baxmayaraq tərəflər yenə də bir-birini atəşkəsi pozmaqda ittiham edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG