Accessibility links

ATƏT-in Minsk Qrupu tərəfləri danışıqlarda irəliləyişə çağırıb


ATƏT

ATƏT

ATƏT-in Minsk qrupunun həmsədrləri – rusiyalı İqor Popov, amerikalı James Warlick və fransalı Pierre Andrieu münaqişə tərəflərini mayın 16-da Vyanada və iyunun 20-də Sankt-Peterburqda qəbul edilmiş birgə bəyanatlarda yer almış razılaşmalara hörmət göstərməyə çağırıb.

"Biz Azərbaycanı və Ermənistanı ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin missiyasını genişləndirmək üçün mövcud olan bütün maneələri aradan qaldırmağa çağırırıq. Həmçinin substantiv danışıqlarda irəliləyişə nail olmağa və ATƏT-in araşdırma mexanizminin yaradılmasına dair təklifə çağırırıq. Biz prezidentlərin son iki görüşünün nəticələrinin irəliləyişi üçün tərəflərlə əməkdaşlığımızı davam etdirəcəyik", bəyanatda bildirilir.

Minsk qrupunun həmsədrləri həmçinin ATƏT-in təhqiqat mexanizminin bərqərar edilməsi istiqamətində tərəqqiyə nail olmağa çağırıblar.

Onlar öhdəlik götürürlər ki, prezidentlər arasında iki görüşdən irəli gələn bütün bu tədbirlərin həyata keçirilməsində tərəflərə mümkün köməkliklərini göstərəcəklər.

Azərbaycan və Ermənistan arasında Vyana və Sankt-Peterburq görüşləri aprel ayında təmas xətti boyunca gərginliyin təhlükəli həddə çatmasından sonra keçirilmişdi.

XS
SM
MD
LG