Accessibility links

Sivil Toplum Platforması hökuməti QHT sektorunda islahatlara başlamağa çağırır [Video]


Sivil Toplum Platforması hökuməti QHT sektorunda islahatlara başlamağa çağırır
Sivil Toplum Platforması hökuməti QHT sektorunda islahatlara başlamağa çağırır

Qurum tövsiyyələr paketi ilə çıxış edib. Platformaının üzvü Azər Mehdiyevin Amerikanın Səsinə müsahibəsi

Azərbaycan hökumətinin hazırda QHT-lərlə bağlı apardığı imitasiya siyasəti müstəqil qalan çox az sayda QHT-lərin də süqutuna səbəb olacaq.

QHT sektorunda islahatlar, 2013-cü ildən başlayaraq bu sahədə hüquqi aktlara edilmiş məhdudlaşdırıcı dəyişikliklərin aradan qaldırılması ilə başlana bilər. Amma, hələ bu sahədə hər hansı dəyişiklik baş verməyib. Əksinə, Ədliyyə Nazirliyi QHT-lər, xarici donorlarla bağlı məhdudlaşdırıcı qərarlar qəbul edib. Hökumət QHT sektorunda islahatlar paketi hazırlayan zaman müstəqil QHT-lər də müzakirələrə dəvət edilməli və onların təklifləri nəzərə alınmalıdır.

İyunun 28-də “Sivil Toplum Platforması”nın “Azərbaycanda QHT-lərin hazırki vəziyyəti və problemlərdən çıxış yolları” mövzusunda təşkil etdiyi forumun əsas leytmotivi bunlar olub.

Forumda QHT rəhbərləri, siyasi partiya təmsilçiləri, xarici diplomatik missiyaların nümayəndələri iştirak edib. Hökumət qurumları dəvət edilsə də foruma qatılmayıb.

“QHT-lərdə son iki ildə baş verənlər və hazırki durum” mövzusunda məruzədə deyilir ki, ölkədə qanunvericiliyə görə kommersiya qurumları cəmi 3 günə dövlət qeydiyyatına alındığı halda, qeyri-kommersiya qurumları 40 günə, bəzən isə hətta 140 günə qeydiyyata alına bilər.

“2013-cü ildən başlayaraq hökumət monitorinqlərində tənqidi qeydlər olan QHT-lərin qeydiyyatından imtina etməyə başlayıb. QHT-lərlə bağlı qanunvericilik aktlarına onlarla məhdudlaşdırcı dəyişikliklər edilib. QHT-lərlə bağlı qaldırılan cinayət işi üzrə çoxsaylı müstəqil QHT-lərin, bu qurumların rəhbərlərinin bamk hesabları dondurulub. QHT liderləri həbs edilib, onların xarici ölkələrə çıxışına qadağlar tətbiq olunub, vergi yoxlamalırına məruz qalıblar, fantastik rəqəmlərlə cərimə olunublar. Ofislərdə axtarışlar aparılıb, çoxsaylı QHT fəalı istintaqa cəlb olunub. Bir çox QHT fəallar ölkni tərk etməyə məcbur olub”, məruzəçi Xalid Ağalıyev qeyd edib.

2013-cü ildən başlayaraq xarici donorlar ölkəni tərk etməyə məcbur olub. Beynəlxalq QHT-lər istintaqa cəlb edilib. Qrant və ianələrə tətbiq edilən məhdudiyyətlər onu əl çatımlılıqdan uzaq edib.

“Hətta dünyanın yüzdən çox ölkəsində fəaliyyət göstərən beynəlxalq QHT-lər vergi yoxlamalarına, istintaqa cəlb edilib. Onlar artrıq ölkəni tərk edib. Cərimələr o qədər fantastikdir ki, bu nə yerli, nə də beynəlxlaq normalıara uyğun gəlmir. Məsələn, 20 yerli QHT-yə 1 milyon manatdan çox cərimə tətbiq edilib. Beynəlxalq QHT-lərin üzərinə 3 milyon 100 min manatdan çox cərimə qoyulub. Belə ki, OXFAM 797 min manat, Fridrix Ebert Fondu 205 min manat, İREX 436 min manat və s. cərimə ödəməlidir”, məruzəçi Bəşir Süleynmanlı qeyd edib.

Siyasi partiya rəhbərləri QHT-lərin fəaliyyətinə qarşı total məhdudlaşdırmaların mövcud rejimin avtoritarizmi daha dərinləşdirmək siyasətinin nəticəsi olduğunu bildirib.

“Vətəndaş cəmiyyətinin problemi sistemli siyasətin nəticəsidir. Rejim insanları susdurmaq üçün həm siyasi partiyalara, həm mediaya, həm də QHT-lər qarşı total mübarizə aparır. Ölkədə çoxsaylı siyasi məhbsular var. Haklimiyyət bu məsələnin beynəlxalq arenaya çıxmaması üçün milyonlarla avro rüşvət verir, geniş lobbiçilik işləri görür”, AXCP sədri Əli Kərimli qeyd edib.

Forumda bir çox beynəlxalq təşkilatların Azərbaycan rejimi ilə əlaqələri də tənqid edilib.

“Hökumət bir çox QHT-lərdən, KİV-lərdən qonqolar düzəldib. Beynəlxalq təşkilatlar və Avropa qurumları bu qonqolarla əməkdaşlıq edir. Xarici səfərlərdə 20 qonqo olanda cəmi 2-3 müstəqil şəxs olur. Bu siyasətdən əl çəkilməlidir. Qonqolarla əməkdaşlıq, elə avtoritar hökumətlə əməkdaşlıq deməkdir”, jurnalist Aynur İmranova qeyd edib.

“Sivil Toplum Palatforması”nın tövsiyyələrində deyilir ki, QHT-lərin, fondların, ictimai birliklərin, qeyri-kommersiya qurumlarının, icmaların və son 3 ildə basqılara məruz qalmış QHT-lərin, ATƏT-in əlaəqləndirici qurumlarının, Avropa Şurası Venesiya Komissiyasının ekspertlərinin iştirakı ilə QHT qanunvericiliyində islahat aparılması ilə bağlı işçi qrupu yaradılmalıdır. Qanunvericilik tənzimləyici hala gətirilməlidir. Bununla yanaşı, vətəndaş cəmiyyətlərinin qeydiyyatı sadələşdirilməli, donorların, beynəlxalq QHT-lərin ölkədə fəaliyyəti ilə bağlı qaydalıar sadələşdirilməli, qrantlar və inaləlrlə bağlı məhdudiyyətlər aradan qaldırlmalıdır. Son illər QHT-lərə qarşı qaldırılmış cinayət işinə xitam verilməli və bu cinayət işi ilə bağlı QHT-lərə, onların fəallarına qarşı məhdudlaşdırıcı fəaliyyətlərə son qoyulmalıdır.

“Sivil Toplum Platforması”nın üzvü Azər Mehdiyev QHT-lərə qarşı aparılan siyasət və mövcud durumdan çıxış yolları ilə bağlı Amerikanın Səsinə müsahibə verib. Müsahibəni təqdim edirik:

Azər Mehdiyevin Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:04:23 0:00

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG