Accessibility links

XİN: ATƏT sədrinin Bako Saakyanla görüşü Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması ilə görüş xarakteri daşıyır


Hikmət Hacıyev

Hikmət Hacıyev

"Almaniyanın xarici işlər üzrə federal naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank - Valter Ştaynmayerin Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndəsi Bako Saakyanla görüşü Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması ilə görüş xarakteri daşıyır".

Bu barədə Almaniyanın xarici işlər üzrə federal naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank - Valter Ştaynmayerin Yerevanda Saakyanla görüşünü Amerikanın Səsinə şərh edən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Hacıyev qeyd edib ki, Azərbaycana səfər müddətində Ştaynmayer Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının nümayəndələri ilə görüşəcək:

"Həmçinin, məcburi köçkünlər üçün tikilmiş yaşayış məntəqəsi ilə tanış olacaq", o qeyd edib.

XS
SM
MD
LG