Accessibility links

İran prezidenti Həsən Ruhani Azərbaycana niyə gəlir?


Azərbaycan, İran və Rusiya prezidentləri

Azərbaycan, İran və Rusiya prezidentləri

Görüşdə üçtərəfli sənədin imzalanması gözlənilir

İran prezidenti Həsən Ruhani avqust ayında Azərbaycana iki günlük səfər edəcək.

Bu barədə İranın “Tehran Times”ı məlumat verib.

Məlumata görə səfərin məqsədi Azərbaycan və Rusiya prezidentləri ilə üçtərəfli görüşdə iştirak etməkdir.

Görüşdə üçtərəfli sənədin imzalanması gözlənilir.

Məlumatda deyilir ki, İran prezidentinin gündəliyinə prezident İlham Əliyevvə Vladimir Putinlə ayrı-ayrılıqda görüşlər daxildir.

Səfər çərçivəsində Azərbaycan və İran prezidentləri daha əvvəl imzalanmış razılaşmalara nəzər yetirəcək, ikitərəfli əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə edəcəklər.

Azərbaycan, İran və Rusiya prezidentlərinin Bakıda görüşünün keçirilməsi bu ölkələrin xarici işlər nazirlərinin aprelin 7-də Bakıdakı üçtərəfli görüşündə qərara alınıb. Bu barədə rəsmi konfransda açıqlama verilmişdi.

Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da bir neçə gün əvvəl Putinin avqust ayında Bakıya səfərinin hazırlandığını da qeyd etmişdi.

XS
SM
MD
LG