Accessibility links

Sülhməramlıların bir qrupu Əfqanıstana yola salınıb


Sülhməramlıların bir qrupu Əfqanıstana yola salınıb

Sülhməramlıların bir qrupu Əfqanıstana yola salınıb

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir

Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 44 hərbi qulluqçudan ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.

Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir.

XS
SM
MD
LG