Accessibility links

İlham Əliyev Türkiyədə hərbi çevriliş cəhdini qətiyyətlə pisləyir


İyulun 18-də Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib

İyulun 18-də Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat verir.

İlham Əliyev Türkiyədə hərbi çevriliş cəhdini qətiyyətlə pisləyərək bildirib ki, Azərbaycan xalqı və dövləti həmişə olduğu kimi Türkiyə xalqı və dövlətinin yanındadır.

İ.Əliyev qeyd edib ki,Türkiyəni bundan sonra da heç bir qüvvə inkişaf və demokratiya yolundan döndərə bilməz.

Türkiyə Prezidenti İlham Əliyevin və Azərbaycan xalqının göstərdiyi qardaşlıq mövqeyini yüksək qiymətləndirərək bildirib ki, Türkiyə rəhbərliyi ölkədə vəziyyəti normallaşdırmaq üçün bütün lazımi tədbirləri görməkdədir.

Türkiyədə iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhddən sonra 103 general və admiral saxlanıb. Bu barədə “Anadolu” informasiya agentliyi iyulun 18-də yazıb.

6 mindən çox saxlanan var.

Prezident Recep Tayyip Erdogan “təmizləmə” əməliyyatının davam edəcəyini bildirib.

XS
SM
MD
LG