Accessibility links

Azərbaycanda Konstitusiyaya daha bir dəyişiklik edilir


Azərbaycan Respublikasının Konstitusiyası
Azərbaycan Respublikasının Konstitusiyası

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalayıb.

Layihəyə görə, "Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.”

Bundan başqa təklif edilir ki, Konstitusiyada aşağıda fikirlər yer alsın:

“Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi, cinayət hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən birliklər qadağandır.”.

"Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.”.

Həmçinin vitse-prezident postlarının yaradılması təklif edilir:

“Maddə 1031. Azərbaycan Respublikasının vitse-prezidentləri

I. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.

II. Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir.”.

Əgər indiki Konstitusiyada prezident öz səlahiyyətlərini icra edə biımədikdə həmin səlahiyyətin baş nazirə keçməsi yer alırsa, indi 1-ci vitse-prezidentə keçməsi, o, icra edə bilmədikdə isə baş nazirə keçməsi təklif olunur.

Prezidentin 5 yox, 7 il müddətinə seçilməsi təklif edilir.

Prezident seçilmək üçün yaş həddinin 35 olması limitinin ləğvi təklif edilir.

Belə bir fikrin əlavə olunması təklif edilir:

“Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər.”.

Təklif edilir ki, Konstitusiyaya aşağıdakı məzmunda 1461-ci maddə əlavə edilsin:

“Maddə 1461. Bələdiyyələrin məsuliyyəti

Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar.”.

Azərbaycan Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.

Konstitusiyaya ilk dəyişiklik 24 avqust 2002-ci il, son dəyişikliklər isə 18 mart 2009-cu il tarixdə referendum yolu ilə edilib.

2002-ci ildə Konstitusiyanın 22 maddəsinə 31, sonuncu dəfə isə 29 maddəyə 41 əlavə və dəyişiklik edilib.

14 il əvvəl ekspertlərin fikrincə əsas dəyişiklik ölkədə prezidentdən sonra ikinci şəxsin baş nazir müəyyən edilməsi və proporsional seçki sisteminin ləğvi olub.

7 il əvvəl isə Konstitusiyaya edilən dəyişiklik prezidentin ömürlük seçilməsinə imkan yaradıb. Halbuki, buna qədər Azərbaycanda da prezident bir çox ölkələrdə olduğu kimi yalnız iki dəfə seçilə bilərdi.

Azərbaycan Konstitusiyası 1995-ci il noyabrın 12-də qəbul edilib.

Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci ildə qəbul edilib, 2002 və 2008-ci illərdə keçirilən referendumlarla konstitusiyaya dəyişiklər olunub.

7 il əvvəl isə Konstitusiyaya edilən dəyişiklik prezidentin ömürlük seçilməsinə imkan yaradıb.

Buna qədər Azərbaycanda da prezident bir çox ölkələrdə olduğu kimi yalnız iki dəfə seçilə bilərdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG