Accessibility links

Rauf Mirqədirov: Türkiyənin daxili və xarici siyasəti Bakı küləyi kimi gündə dəyişir [Video müsahibə]


Rauf Mirqədirov: Erdoğan bu hadisələrdən Konstitutsiyanı dəyişdirmək üçün istifadə edə bilər
please wait

No media source currently available

0:00 0:07:27 0:00

Rauf Mirqədirov: Erdoğan bu hadisələrdən Konstitutsiyanı dəyişdirmək üçün istifadə edə bilər

"Ayna-Zerkalo" qəzetinin siyasi şərhçisi Rauf Mirqədirovun Amerikanın Səsinə müsahibəsində Türkiyədə dövlət çevrilişinə cəhd və nəticələrindən danışıb

"Ayna-Zerkalo" qəzetinin siyasi şərhçisi Rauf Mirqədirov Amerikanın Səsinə müsahibəsində Türkiyədə dövlət çevrilişi cəhdi və onun doğuracağı yeni situasiyalardan danışıb.

Amerikanın səsi: Türkiyədə dövlət çevrilişinə cəhdin səbəbləri nə idi? Ölkəni bu situasiyaya gətirən xarici və daxili faktorlar barədə nə düşünürsünüz?

Rauf Mirqədirov: Bilirsiniz, Türkiyə çox qaynar bir regionda yerləşib. Belə bir regionda mövcud olan dövlətin çox aydın daxili və xarici siyasəti olmalıdır. Bu aydınlıq həm tərəfdaşlar üçün olmalıdır. Həm müttəfiqlər üçün, həm də özünün ciddi daxili problemləri olan ölkədəki toplumun bütün kəsimləri üçün aydın, sabit, ardıcıl uzunmüddətli daxili və xarici siyasət olmalıdır.

Təəssüflər olsun ki, son illərdə Türkiyənin indiki iqtidarı çox qeyri-ardıcıl daxili və xarici siyasət həyata keçirib.

Daxili siyasətdə məsələn, deyə bilərəm, kürd açılımı siyasəti hamıya məlum idi. Kürd probleminin həllinə yönələn bir siyasət həyata keçirilirdi. Lakin, bir il bundan əvvəl "Kürd açılımı" siyasətinə son qoyuldu. Kürd terroruna qarşı bir savaş elan edildi. Hakimiyyətə gələn kimi nurçularla ittifaqda ordunun Türkiyə siayəsətinə təsirini azaltmaq üçün siyasət həyata keçirildi. Eyni zamanda ordunun rəhbərliyi bir çox dövlət çevirilişlərində, "Ergenokon" kimi dövlət çevirilişlərində ittiham edildi və bunun nəticəsində ordunun böyük bir kəsimi neytrallaşdırıldı. Bir az keçəndən sonra məlum oldu ki, onların heç biri "Ergenokon"çu, heç bir "Balyoz" olmayıb. Əksinə, guya bu nurçuların fitnəkarlığıdır. Nurçulara qarşı bir savaş elan olundu. Daxili siyasətdə ciddi problemlər var. Mən hamısını sadalamaq istəməzdim.

Xarici siyasətdə, əgər yadınızdırsa, qonşularla sıfır siyasət şüarı elan olunmuşdu. Bu şüarın həyata keçirilməsi nəticə etibarı ilə nəinki qonşulara, müttəfiqlərə, həm də düşmənlərə aid idi. Ənənəv rəqiblər də var idi. Bu da hamı ilə münasibətlərin korlanmasına gətirib çıxardı.

Nəticə etibarı ilə, Türkiyənin hətta tərəfdaşları, müttəfiqləri ilə ciddi problemlər yarandı. Bu gün Türkiyənin qonşuları ilə, - Suriya, Misir, Ermənistan, Rusiya ilə çox ciddi problemləri var. Avropa Birliyi ilə çox ciddi problemləri var. NATO dövlətləri ilə problemləri var. ABŞ ilə münasibətləri heç də ideal deyil. Hətta Ərdoğanın özü bu yaxınlarda etiraf etmişdi. İsrail ilə münasibətləri həll olunmağa başlayır. Altı ildir demək olar ki, İsrail ilə münasibətlərdə bir boşluq yaranmışdır. Demək olar ki, Türkiyənin daxili və xarici siyasəti Bakı küləyi kimi gündə dəyişirdi. Bu, nəticə etibarı ilə Türkiyə dövlət çevrilişinə kökləndi. Əslinə qalsa, bundan öncə Türkiyə bir terror savaşı ilə üz-üzə oldu. İslam dövlətinin (İŞİD-red) və "kürd terroru" (PKK) ilə üz-üzədir. Türkiyədə demək olar ki, hər gün terror hadisələri baş verirdi. Siyasətin qeyri-aydınlığı Türkiyə siyasətinə həm daxildə, həm də xaricdə inamı azaldırdı. Sözsüz ki, bütün bunlar o cür qaynar nöqtədə yerləşən dövlət üçün problemlər yaratmalı idi.

Amerikanın səsi : Türkiyədə hazırda baş verənlər ölkənin qanunvericiliyi ilə bir araya sığırmı? Xüsusi ilə hərbiçilərə qarşı baş verənlər.

Rauf Mirqədirov: Bilirsiniz, məsələnin iki tərəfi var. Bir tərəfdən dövlət çevrilişinə cəhd olub. Dövlət çevrilişinə cəhd olubsa, yatırılmalıdır. Ordu siyasətə heç zaman qarışmamalıdır. Bütün problemlər mövcud demokratik siyasi institutlar çərçivəsində həll olunmalıdı. Sözsüz ki, dövlət çevrilişində iştirak edən insanlar cəzalandırılmalıdırlar. Amma, biz linç məhkəmələrin qurulması ilə qarşılaşırıq. Həbs olunanların aşağlanması, təhqir olunması, döyülməsi, işgəncə verilməsi baş verir. Bu sözsüz ki, cəmiyyətdə gələcəkdə gərginliyin artırılmasına gətirib çıxaracaq amildir. Digər tərəfdən, bütün bunlar Türkiyənin demokratik dövlət kimi imicinə xələl gətirə biləcək hadisələrdir.

Amerikanın Səsi: Ölkəni bundan sonra nə gözləyir? Hakim partiya mövcud situasiyadan istifadə edib öz mövqeyini daha da möhkəmləndirəcək, yoxsa demokratiyaya doğru bir addım olacaq?

Rauf Mirqədirov: Qısa müddətli perspektivdə sözsüz ki, hakim partiya öz mövqelərini möhkəmləndirəcək. Bu gün əgər, həbslərin miqyasını görürüksə, bir neçə min polis işçisinin, prokuror və hakimlərin uzaqlaşdırılmasından, yüzlərlə hakim və prokurorun həbsindən söhbət gedirsə qısamüddətli perspektiv üçün Ərdoğan artıq bu hadisələrdən bütün dövlət idarəetmə sistemindən ona müxalif ola biləcək və ya müxalif olan insanlardan can qurtarmaq üçün istifadə edir. Bu görünür artıq. Çünki bir neçə saat ərzində bütün çevrilişi tədqiq edib, o qədər insanı həbs eləmək çox çətin məsələdir. Deməli burada başqa motivlər var. Digər tərəfdən sözsüz ki, Ərdoğan bu hadisələrdən prezident hakimiyyətinə keçid üçün, konstitutsiyanı dəyişdirmək üçün istifadə edə bilər. Lakin, bir şeyi nəzərə almaq lazımdır ki, Türkiyənin sadaladığım xarici və daxili problemləri həll olunmur. O terror savaşı Türkiyəyə qarşı davam edəcəksə, xarici dövlətlərlə problemlər qısa müddət ərzində həll olunmayacaqsa, həbslər davam edəcəksə, bu durumu daha da gərginləşdirə bilər.

Artıq Avropa Birliyinin reaksiyası var ki, bu həbslər artıq siyasi opanentlərə qarşı çevrilib, təqib halını almağa başlayıb. Sözsüz ki, hadisənin geniş miqyası Türkiyə daxilində də parçalanmaya səbəb olacaq. Uzunmüddətli perspektivdə sözsüz ki, yeni problemlərin yaradılmasına gətirib çıxardacaq. Bunlar Ərdoğanın özü üçün daha ciddi problemlər yarada bilər.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG