Accessibility links

Tramp Rusiyaya: "Ümid edirəm ki, Klintonun serverindən itmiş emailləri tapacaqsınız"


ABŞ prezidentliyinə Respublikaçı namizədin çağırışı Klinton kampaniyası tərəfindən etirazla qarşılanır

ABŞ prezidentliyinə Respublikaçı namizəd Donald Tramp Rusiyanı rəqibi Hillari Klintonun dövlət katibi zamanı elektron poçt serverini sındıraraq, itən dövlət əhəmiyyətli 30000 e-poçtu tapmağa çağırıb.

Bunu görmək maraqlı olardı. Mən bunu sizə deyəcəm: Rusiya, əgər siz məni eşidirsinizsə, mən ümid edirəm ki, siz 30 000 elektron məktubları tapmaq iqtidarındasınız...
Donald Tramp

“Bunu görmək maraqlı olardı. Mən bunu sizə deyəcəm: Rusiya, əgər siz məni eşidirsinizsə, mən ümid edirəm ki, siz 30 000 elektron məktubları tapmaq iqtidarındasınız... Mən düşünürəm ki, siz yəqin ki, bizim mətbuat tərəfindən təltif olunacaqsınız,” deyə Tramp jurnalistlərə deyib.

Onun sözlərinə görə, Moskvada yəqin artıq Klintonun şəxsi elektron serverindən silinmiş məktublar var. Klinton, 2009-2013-cü ildə Barak Obamanın birinci prezidentliyi dövründə Amerikanın baş diplomatı olmuşdu.

Hillari Klintonun Dövlət Katibi işlədiyi vaxt email yazışması üçün şəxsi serverdən istifadə etməsi qalmaqala səbəb olub.
Hillari Klintonun Dövlət Katibi işlədiyi vaxt email yazışması üçün şəxsi serverdən istifadə etməsi qalmaqala səbəb olub.

Klinton kampaniyası Trampın çağırışının ABŞ milli təhlüksəizliyinə hədə kimi qiymətləndirib. “İlk dəfədir ki, prezidentliyə namizəd aktiv şəkildə xarici dövləti siyasi opponentinə qarşı casusluq etməyə çağırır,” Hillari Amerika Üçün siyasi təşkilatının təmsilçisi Ceyk Sallivan bildirib. “Bu, şişirtmə deyil, sadəcə faktlardır. Bu, siyasi predmetdən milli təhlükəsizlik məsələsinə çevrilib.”

Klintonun kampaniyası Demokratların Milli Komitəsinin email sisteminə müdaxilənin Respublikaçı namizəd Donald Trampa yardım məqsədilə Rusiya hakerləri tərəfindən edildiyini bildirib.

İlk dəfədir ki, prezidentliyə namizəd aktiv şəkildə xarici dövləti siyasi opponentinə qarşı casusluq etməyə çağırır.
Ceyk Sallivan, Klinton kampaniyasının nümayəndəsi

Federal Təhqiqat Bürosu emaillərə müdaxilə ilə bağlı təhqiqata başladığını təsdiq edib. Bu, Rusiya hakerlərinin ABŞ-ın siyasi qurumlarını hədəf alan ilk kiber hücumu deyil.

Keçən həftə Wikileaks təşkilatının veb səhifəsində Demokratların Milli Komitəsinin emailləri açıqlanmış, lakin məlumatın mənbəyi göstərilməmişdi. Hillari Klintonun kampaniyası bunun arxasında Rusiyanın dayandığını və emaillərin açıqlanmasının əsas səbəbinin Respublikaçılar partiyasının namizədi Donald Trampın kampaniyasına yardım etmək olduğunu bildirib.

Donald Tramp Rusiya prezidenti Putinin Obamaya hörmət etmədiyini deyir.
Donald Tramp Rusiya prezidenti Putinin Obamaya hörmət etmədiyini deyir.

Tramp habelə mətbuat konfransında Rusiya prezidenti Vladimir Putinin ABŞ-a hörmət etmədiyini vurğulayıb. Putin bir vaxt irqi baxımdan nalayiq ifadə işlətdiyini deyən Tramp Putinin prezident Barak Obamaya münasibətini belə təsvir edib: “Birincisi o, onu xoşlamır. İkincisi o, ona hörmət etmir.”

Tramp Rusiyanın haker əməliyyatındakı potensial iştirakını da Rusiyanın “ölkəmizə qarşı hörmətsiz” münasibətinin təzahürü kimi dəyərləndirib.

XS
SM
MD
LG