Accessibility links

İranın rabitə və informasiya texnologiyaları naziri Bakıda səfərdədir


Nazir Mahmud Vaezi

Nazir Mahmud Vaezi

Mahmud Vaezi prezident Həsən Ruhaninin Azərbaycana planlaşdırılan səfəri ilə bağlı ölkə rəsmiləri ilə müzakirələr aparacaq

İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Bakıya işgüzar səfərə gəlib.

Azərbaycan-İran hökumətlərarası komissiyasının həmsədri Mahmud Vaezi Bakıda prezident Həsən Ruhaninin Azərbaycana planlaşdırılan səfəri ilə bağlı ölkə rəsmiləri ilə müzakirələr aparmalıdır.

Bundan əvvəl, İran Xarici İşlər Nazirliyi məlumat yaymışdı ki, avqustun 8-də Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü olacaq.

Tərəflər “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə tranzit, eləcə də terrora qarşı mübarizə və Xəzərin statusunu müzakirə edəcək.

Bu ilin fevralında prezident İlham Əliyev Tehrana səfər edərək prezident Ruhani ilə görüşmüşdü. Bundan əvvəl, 2014-cü ildə isə prezident Ruhani Bakıya səfər etmişdi.

İran vaxtaşırı Azərbaycanı Qərbyönlü kursuna və İsraillə sıx əlaqələrinə görə tənqid edib.

Lakin müşahidəçilərin fikrincə sanksiyaların ləğvi və İranın Qərblə hərtərəfli əlaqələrə başlaması Azərbaycanın bu ölkə ilə münasibətlərində də yeni imkanlar yaradır.

XS
SM
MD
LG