Accessibility links

NİDA üzvü Elgiz Qəhrəmanov həbs olunub [NİDA fəalı Ülvi Həsənli ilə müsahibə-audio]


Elgiz Qəhrəmanov

Elgiz Qəhrəmanov

NİDA həbsi siyasi adlandırır

Bakının Nərimanov rayon Məhkəməsi NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanov barəsində Cinayət Məcəlləsinin 234.4.3 maddəsi (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - külli miqdarda törədildikdə) ilə 4 aylıq həbs-qətimkan tədbiri seçib.

Bu barədə Amerikanıın Səsinə müsahibəsində NİDA Vətəndaş Hərəkatının İdarə Heyyətinin üzvü Ülvi Həsənli bildirib.

NIDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanov avqustun 12-də dostu ilə günorta saatlarında mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Bir neçə saat sonra dostunu sərbəst buraxsalar da, fəal azad olunmayıb.

Onun sözlərinə görə, hazırda Qəhrəmanovun hüquqlarını müdafiə edilməsi ilə bağlı iş aparılır.

Ü.Həsənli bildirib ki, E.Qəhrəmanov 2015-ci ildə NİDA-ya üzv olub:

"O, Ankara Universitetini bitirib, təhsil aldığı müddətdə ülküçülərlə yaxın olub, dindən uzaq olduğundan, onun Fətullah Gülənlə bağlılığını iddia etmək absurd və gülüncdür", Həsənli qeyd edib.

Qəhrəmanov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (“Bandotdel”) saxlanılır.

Həsənli deyib ki, Qəhrəmanovun vəkili Nemət Kərimlinin orderi müstəntiq tərəfindən qəbul olunmur.

"Görünür ondan kimlərinsə əleyhinə ifadə alamq üçün fiziki işgəncə veriblər. Ona görə də vəkillə görüşə imkan vermirlər", o güman edir.

Həbsin səbəbindən danışarkən Həsənli deyib ki, bu NİDA-nı zəiflətmək məqsədi daşıyır.

"Görünür, düşünürlər ki, bundan əvvəlki həbslərlə NİDA-nı zəiflədə bilməyiblər. Bu səbədən yeni həbs dalğasına başlanıb", o, deyib.

XS
SM
MD
LG