Accessibility links

Bir fotoqraf da saxlanıb

"Mənə saxlanılmağımın səbəbini söyləməyiblər, amma uzun müddət Elgiz Qəhrəman (avqustun 12-də qanunsuz narkotik dövriyyəsi ittihamı ilə həbs olunmuş NİDA fəalı), onu niyə dəstəklədiyimiz barədə sorğu-sual etdilər. Niyə "dövlətin əleyhinə çıxdığımızı" soruşurdular", deyə Turqut Qəmbər saxlanmasının səbəbi ilə bağlı bildirib.

"Əslində məni həbslə hədələdilər", deyən Qəmbər qanunazidd əməl törətmədiyini əlavə edib.

"Biz sadəcə fəalların işləri üzrə bütün proseslərdə olduğu kimi, Apellyasiya Məhkəməsinin binası qarşısında dayanıb dostumuzun işi üzrə məhkəmənin qərarını gözləyirdik", T,Qəmbər qeyd edib.

***

NİDA Hərəkatının İdarə Heyətinin üzvü Turqut Qəmbər 4 saat Bakı Baş Polis İdarəsində saxlanandan sonra azad buraxılıb. Gənc fəal hələ saxlanmasının səbəbləri ilə bağlı şərh verməyib. Amma yaxın saatlarda saxlanması ilə bağlı məlumat yayacağını bildirib.

***

Avqustun 18-də yerli vaxtla saat 11.45-də NİDA Hərəkatının İdarə Heyətinin üzvü Turqut Qəmbər Bakı Apellyasiya Məhkəməsinin qarşısında özlərini Bakı Baş Polis İdarəsinin əməkdaşları kimi təqdim edən mülki geyimli şəxslər tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb.

Bu barədə Amerikanın Səsinə NİDA Vətəndaş Hərəkatının İdarə heyətinin üzvü Ülvi Həsənli bildirib.

Onun sözlərinə görə, Turqut Qəmbər digər həbs olunan NİDA-çı gənc Elgiz Qəhrəmanovun apellyasiya şikayətinə baxılan zaman məhkəmənin qarşısında idi.

İsmi Şahzadə

İsmi Şahzadə

Daha sonra isə polis fotoqraf İsmi Şahzadəni saxlayıb. Azad jurnalist İslam Şıxəli mobil telefonla çəkiliş aparakən onun mobil telefonu əlindən alınıb.

Polis məhkəmənin önündəki fəalları oradan uzaqlaşdırıb.

Baş verənlərlə bağlı hələ rəsmi qurumlaardan məlumat almaq mükün olmayıb.

Qeyd edək ki, Turqut Qəmbər Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin oğludur.

XS
SM
MD
LG