Accessibility links

Böyük Britaniya və Avropa İttifaqı Natiq Cəfərlinin həbsindən narahatdır


Britaniya və Avropa İttifaqı REAL Hərəkatının icra katibi Natiq Cəfərlinin həbsini pisləyən bəyanatla çıxış edib.

Böyük Britaniyanın Avropa və ABŞ məsələləri üzrə naziri Alan Dunkanın Azərbaycanda vətəndaş fəallarının həbsini pisləyən bəyanatında deyilir:

“Avqustun 12-də Azərbaycanda REAL Hərəkatının icra katibi Natiq Cəfərli şübhəli qanunsuz sahibkarlıq və sui-istifadə ittihamı ilə həbs olunub. Bundan əlavə, son günlər bir neçə vətəndaş fəalı həbs olunub.

Mən N.Cəfərlinin və digərlərinin həbsindən narahatam. Azərbaycanı öz beynəlxalq öhdəliklərini yerinə yetirməyə, insan hüquq və azadlıqları üzrə göstəricilərini yaxşılaşdırmağa çağırıram”, Dunkan bildirib.

Avropa İttifaqının xarici siyasət üzrə nümayəndəsi Federiki Mogerininin mətbuat xidməti də həbsləri pisləyib.

“Natiq Cəfərlinin həbsi konstitusiyaya dəyişikliklər üzrə referendumun keçirilməsindən 6 həftə öncə baş verib. N.Cəfərlinin üzvü olduğu REAL Hərəkatı bu dəyişikliklərin əleyhinə olub.

Onun eləcə də, bu prosesə cəlb edilən digər fəalların həbsi çox narahatedici xəbərdir.

Sentyabrın 26-da keçiriləcək referendum zamanı Azərbaycan əhalisi ölkənin siyasi sistemində ciddi dəyişikliklərə səs verməlidir. Bu məsələ ətrafında debatlar ekspertlərin və Venesiya Komissiyası kimi institutların iştirakı ilə plüralist olmalıdır”, bəyanatda deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG