Accessibility links

"Fətullah Gülənlə bağlı həbslər olub"


Dövlət Təhlükəsizliyi Xidməti

Dövlət Təhlükəsizliyi Xidməti

Bu barədə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb

Əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər kimi belə tədbirləri keçirməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətlərinin törədilməsində şübhəli bilinən Azərbaycan vətəndaşları Şahin İsrayılov, Fuad Əhmədli, Etibar Musayev və Vüqar Qasımov saxlanılıb.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatında bildirilir ki, “Bakcell LTD” MMC-də əsas şәbәkә üzrə baş mühәndis vәzifәsindә işlәyәn Şahin İsrayılov, “Azerfon” MMC-də “Zənglər mərkəzi”ndə operator vəzifəsində işləyən Fuad Әhmәdli, “Azercell Telecom” MMC-nin müştәri xidmәtində operator vəzifəsində işləyən Etibar Musayev ölkә әrazisindә mobil rabitә xidmәtlәri göstәrәn həmin şirkәtlәrdә işә başladıqları vaxtdan 18 avqust 2016-cı ilədək olan müddət ərzində öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə Vüqar Qasımovun və digər şəxslərin müraciətləri əsasında qanunsuz olaraq mütəmadi surətdə həmin mobil operatorların çoxsaylı abunəçilərinə dair fərdi məlumatları, o cümlədən abunəçilərin anket məlumatlarını, zəng tarixçələrindən çıxarışları, antenalar üzrə vətəndaşların olduqları yerlər və yerdəyişmələri və sair qapalı məlumatları çıxararaq, SMS yazışmaları və müxtəlif gizli üsullarla Vüqar Qasımova və digər şəxslərə ötürdükləri, fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurduqları müəyyən edilib.

Fakt üzrə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.

Şahin İsrayılov, Fuad Əhmədli, Etibar Musayev və Vüqar Qasımov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Onların yaşadığı ünvanlarda keçirilmiş baxış zamanı qanunsuz fəaliyyətlərinə dəlalət edən maddi sübutlar aşkar edilərək götürülüb. Azәrbaycan Xalq Cәbhәsi Partiyasının Xәtai rayon Gәnclәr tәşkilatının sәdri olduğu müəyyən edilmiş Fuad Əhmədlinin yaşadığı ünvana keçirilmiş baxış zamanı ona məxsus əşyaların arasında qanunvericiliklə qadağan edilmiş dini ədəbiyyat və CD disklər, Fətullah Gülənin çıxışları olan vərəqələr, “Gülən camaatı” adlandırılan qrupun üzvləri, “Hizmət imam”ları adlandırılan şəxslər və onların qarışılıqlı əlaqələrinə dair sənədlər, Vüqar Qasımovun yaşadığı ünvana keçirilmiş baxış zamanı ona məxsus əşyaların arasında çoxsaylı Azərbaycan vətəndaşlarının şəxsi sənədlərinin surətləri, onun adına rəsmiləşdirilmiş xeyli sayda mobil telefon nömrələri və qanunsuz fəaliyyətinə aid digər əşyalar aşkar edilib.

Öz növbəsində, AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib ki, Fuad Əhmədlinin evində Fətullah Gülənə və "Hizmət imamları"na, "Gülən camaatına" aid hər hansı sənəd olmayıb və götürülməyib.

"Yalnlz Əhmədlinin atasına məxsus bir neçə kitab və 1988-ci il xalq hərkatına aid broşurlar götürülüb", o qeyd edib.

XS
SM
MD
LG