Accessibility links

Faiq Əmirliyə qarşı yeni ittiham irəli sürülüb [Video]


Aqil Layicov

Aqil Layicov

Bu barədə vəkili Aqil Layıcov məlumat verib

“Azadlıq” qəzetinin yayım işləri üzrə direktoru, AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirliyə qarşı yeni ittiham irəli sürülüb.

Bu barədə Faiq Əmirlinin vəkili Aqil Layıcov məlumat verib.

O, Cinayət Məcəlləsinin 168-cü maddəsi (dini ixtişaşlar yaratmaq, yaymaq, öz dini üstünlüyünü başqalarına təlqin etmək və. s) ilə təqsirli bilinir.

Faiq Əmirli ona qarşı irəli sürülən ittihamları rədd edib və heç bir ifadə verməyib.

Faiq Əmirli avqustun 20-də şübhəli şəxs qismində saxlanılıb. O, Cinayət Məcəlləsinin 283-cü maddəsi (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) üzrə şübhəli şəxs qismində dindirilib. Hazırda Nərimanov rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasına saxlanılır. İstintaq 48 saat ərzində qərar qəbul etməlidir.

Bu maddənin sanksiyasında min manatdan iki min manatadək cərimə və ya azadlığın üç ilədək məhdudlaşdırılması və ya iki ildən dörd ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Bununla bağlı hüquq-mühafizə orqanları rəsmi açıqlama verməyib.

XS
SM
MD
LG