Accessibility links

Sərhədsiz Reportyorlar Faiq Əmirlinin həbsini pisləyir


Sərhədsiz Reportyorlar:

Sərhədsiz Reportyorlar:

Təşkilat fəlın “gülünc ittihamlar”la həbs edildiyini bildirir

"Sərhədsiz Reportyorlar" Təşkilatı (RSF) Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) aparıcı üzvü, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlinin həbsini pisləyir.

“Azadlıq”qəzetinin maliyyə direktoru olan Əmirli dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etməkdə və milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınmasında ittiham edilir. Onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

RSF avqustun 24-də yaydığı bəyanatda Azərbaycan hökumətini Əmirliyə qarşı “gülünc ittihamları” ləğv etməyə çağırır.

Polis Əmirlinin maşınından ABŞ-da yaşayan ilahiyyatçı Fətullah Gülənin kitablarını tapdığını deyir, amma özü bunu təkzib edir.

“Ərdoğanın “gülənçi ovu”nu mənimsəyən Azərbaycan hakimiyyəti tənqidçilərinə qarşı yeni təzyiq kampaniyası başlatmağa bəhanə tapıb”, bunu RSF-in Şərqi Avropa və Orta Asiya bölümünün rəhbəri Johann Bihr deyir.

Türkiyə hakimiyyəti Güləni 15 iyul çevriliş cəhdinin arxasında durmaqda suçlayır, Gülən isə həmin hadisə ilə əlaqəsinin olmadığını bildirir.

XS
SM
MD
LG