Accessibility links

AXCP fəalına 30 sutka həbs verilib (Yenilənib)


Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü İsmayıl Rəsulov
Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü İsmayıl Rəsulov

İsmayıl Rüstəmov polisə müqavimətdə ittiham olunur

Avqustun 25-də Bakının Qaradağ rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, Qarabağ müharibəsi veteranı İsmayıl Rəsulov inzibati qaydada 30 sutka həbs edilib.

Qaradağ rayon Məhkəməsindən Amerikanın Səsinə bildiriblər ki, Rəsulov polisə müqavimət ittihamı ilə həbs edilib.

“Atamın ailəsi kirayədə yaşayır. O avqustun 24-də mənim yaşadığım evdə idi. Polisdən zəng vurdular və onu polis şöbəsinə apardılar. Gecə orada saxladılar, avqustun 25-də isə 30 sutka həbs verdilər. Atam hazırda Daxili İşlər Nazirliyinin Binəqədi rayonunda yerləşən İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsindədir. Ona lazım olan bəzi əşyaları apardım, görüşə icazə vermədilər”, İsmayıl Rəsulovun oğlu Elşən Rəsulov Amerikanın Səsinə bildirib.

Elşən Rəsulov atasına qarşı irəli sürülən polisə müqavimət ittihamı ilə razılaşmır.

“O ağsaqqal adamdır. Polisə müqavimətdən söhbət gedə bilməz. İnternetdə (facebook nəzərdə tutur-red) hansısa vəzifəli şəxsi tənqid etmişdi. Söhbət ondan gedirdi”, Elşən Rəsulov bildirib.

AXCP sədri Əli Kərimlıi də partiya fəalının həbsini qəbul etmir.

O facebook səhifəsində yazıb ki, Qarabağ savaşında II qrup əlil olmuş İsmayıl Rəsulov şərlənərək həbs edilib.

“İsmayıl bəy Qarabağ qazisi olaraq hər fürsətdə hüquqlarını tələb edib. 22 il ev növbəsində olan bu şərəfli Qarabağ qazisi hələ də ev ala bilməyib, kirayədə yaşayır. Fəal facebook istifadəçisi olan İsmayıl bəy cəmiyyətimizdəki haqsızlıq və hüquqsuzluqdan, eləcə də özünün şəxsən dözülməz sosial durumundan yazırdı. İndi hökumət İsmayıl bəyin yazdıqlarından nəticə çıxarmaq, problemlərini həll etmək əvəzinə özünü həbs edib, susdurmaq yolunu seçib. Gördünüz ki, bunların Qarabağ sevgisi, Qarabağ qazilərinə hörməti nə qədər saxtadır?” o qeyd edib.

****

Qarabağ müharibəsi iştirakçısı, II qrup müharibə əlili, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü İsmayıl Rəsulovun avqustun 24-ü axşam saatlarında saxlandığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna AXCP sədrinin müavini Gözəl Bayramlı danışıb.

O, deyib ki, İsmayıl Rəsulov həm AXCP üzvü, həm də Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Qaradağ təşkilatının sədridir.

G.Bayramlı İ.Rəsulovun saxlanmasının səbəbinin məlum olmadığını deyib. «İ.Rəsulov sosial şəbəkələrdə fəal şəxslərdən biridir. Ehtimalıma görə, bu, saxlanmasına səbəb ola bilər»,-deyə o qeyd edib.

Qaradağ Rayon Polis İdarəsindən İ.Rəsulovun saxlanması ilə bağlı deyilənlərə, hələlik, münasibət almaq mümkün olmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG