Accessibility links

Mərkəzi Seçki Komissiyası Müsavatın təşviqat qrupunu qeydə almadı


Müsavat Partiyasının başqanı Arif Hacılı
Müsavat Partiyasının başqanı Arif Hacılı

MSK qərarını «Respublika» təşviqat qrupunun qeydə alınması üçün etibarlı imzaların sayının tələb ediləndən az olması ilə əsaslandırıb

Avqustun 27-də Mərkəzi Seçki Komissiyası Müsavat Partiyasının 26 sentyabr referendumu ilə bağlı təsis etdiyi «Respublika» təşviqat qrupunu qeydə almaqdan imtina edib.

Bu barədə Müsavat partiyası başqanı Arif Hacılı məlumat verib.

MSK qərarını «Respublika» təşviqat qrupunun qeydə alınması üçün etibarlı imzaların sayının tələb ediləndən az olması ilə əsaslandırıb.

MSK-nın gəldiyi nəticəyə görə, Müsavat Partiyasının təqdim etdiyi imzalardan 3 min 604-ü etibarsızdır. Etibarsız sayılan imzalar çıxıldıqda, yerdə qalan imzalar qrupun qeydə alınmasına yetməyib.

«Hakimiyyət bu davranışı ilə referendumu bir oğurluq əməliyyatı kimi xəlvət keçirmək niyyətində olduğunu bir daha ortaya qoydu. Bu, bizi mübarizədən çəkindirmir. Həm kütləvi aksiyaların keçirilməsi, həm müşahidə işinə diqqəti daha da artıracağıq. Ölkənin cümhuriyyət dəyərlərindən yayındırılmasına imkan verməyəcəyik», - deyə Müsavat başqanı A.Hacılı bildirib.

Təşviqat qrupları üçün imzatoplama mərhələsi avqustun 22-də başa çatmışdı. Təşviqat qrupunun qeydiyyatından ötrü 40 min imza tələb edilirdi.

MSK referendumla əlaqədar cəmi 3 təşviqat qrupunu qeydiyyata alıb. Bunların biri hakim Yeni Azərbaycan Partiyasının yaratdığı «Yeni Azərbaycan», digərləri isə «Bələdiyyə» və «Vətəndaş Cəmiyyəti» təşəbbüs qruplarıdır.

Həmin təşəbbüs qruplarının üçü də dəyişikliklərin lehinədir.

Dəyişikliklərin əleyhinə olan siyasi qüvvələrdən Milli Şura referendumu elə əvvəlcədən boykot etmək qərarı verib.

REAL hərəkatı da avqustun 22-də prosesdən çəkildiyini elan edib.

Hərəkat qərarını hökumətin basqıları ilə izah edib. REAL-ın icraçı katibi Natiq Cəfərli hazırda qanunsuz sahibkarlıq ittihamı ilə həbsdədir.

Konstitusiyaya dəyişiklərlə bağlı referendum sentyabrın 26-da keçiriləcək.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG