Accessibility links

Aksiyanın günü və saatı hələ müəyyən edilməyib

Müsavat Partiyası sentyabr ayında mitinq keçirməyi planalşdırır.

Bunu Turan-a partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib.

Artıq Mitinq Komitəsi yaradılıb. Aksiyanın günü və saatı hələ müəyyən edilməyib. Yaxın vaxtlarda müəyyən ediləcək. Etiraz aksiyası ölkə Konstitusiyasına nəzərdə tutulan dəyişikliklərə qarşı yönəlib.

Avqustun 27-də Mərkəzi Seçki Komissiyası (MSK) Müsavat Partiyasının referendum ilə bağlı təsis etdiyi «Respublika» təşviqat qrupunu qeydə almaqdan imtina edib.

MSK qərarını «Respublika» təşviqat qrupunun qeydə alınması üçün etibarlı imzaların sayının tələb ediləndən (40 min) az olması ilə əsaslandırıb. MSK-nın gəldiyi qənaətə görə, Müsavat Partiyasının təqdim etdiyi imzalardan 3 min 604-ü etibarsızdır. Etibarsız sayılan imzalar çıxıldıqda, yerdə qalan imzalar qrupun qeydə alınmasına yetməyib.

Konstitusiyaya dəyişiklərlə bağlı referendum sentyabrın 26-da keçiriləcək.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

XS
SM
MD
LG