Accessibility links

Qiyas İbrahimovun cinayət işi üzrə istintaq yekunlaşıb


Narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən gənc fəal Qiyas İbrahimovun cinayət işi üzrə istintaq yekunlaşıb.

Bu barədə vəkil Elçin Sadıqov bildirib.

Vəkilin dediyinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun icraatına verilib.

"Amma hələ hazırlıq iclasının vaxtı təyin edilməyib", vəkil bildirib.

Q.İbrahimovla birgə tutulan digər gənc fəal Bayram Məmmədovun işinə gəldikdə isə vəkil gənc fəalın məhkəmə önünə nə vaxt çıxarılacağının hələ məlum olmadığını deyib

Q.İbrahimov B.Məmmədovla birgə mayın 10-da saxlanıb. Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Gənclər narkotikdə ittiham edilirlər. Ancaq onlar işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildiriblər.

Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.

Gənclərin keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazılmasına görə həbs edildiyi güman olunur.

Gənclərdən B.Məmmədov tutulduğu gündən valideynləri ilə görüşə bilmirdi. Nəhayət, 3 aydan çox vaxt keçdikdən sonra - avqustun 30-da o, valideynləri ilə görüşə bilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG