Accessibility links

Azərbaycandan Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedəcək zəvvarlar sentyabrın 2-dən etibarən yola düşəcək.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsi bildirib.

Zəvvarlar təyyarə ilə hər gün iki reys olmaqla yola salınacaqlar. Bu, hər gün ümumilikdə 350 zəvvarın Həcc ziyarətinə getməsi deməkdir.

Məlumatda deyilir ki, bu il Azərbaycandan Həcc ziyarətinə 1050 nəfər zəvvar gedəcək. Halbuki, ötən il Azərbaycandan həcc ziyarətinə 1500 nəfərlik kvotaya rəğmən, 2400 zəvvar getmişdi.

Bu il Həcc ziyarətinin qiyməti 3500 və 4500 dollar təşkil edir.

Qiymətlər dollarla götürdükdə, ötən illə müqayisədə ucuzlaşıb. Manatla hesablandıqda isə, bu il ziyarət xərcləri azı 1000 manat bahalaşıb.

Həcc ziyarətləri hər il Qurban bayramında gerçəkləşir.

Bu il sentyabrın 12-si və 13-ü Qurban bayramı qeyd ediləcək.

XS
SM
MD
LG