Accessibility links

Azadlıq qəzetinin əməkdaşı prokurorluqda dindirilib


Azadlıq qəzeti
Azadlıq qəzeti

"Azadlıq" qəzetinin əməkdaşı Vidadi Məmmədov sentyabrın 7-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.

V.Məmmədov prokurorluqdan çıxdıqdan sonra AzadlıqRadiosuna deyib ki, istintaq sirrini açıqlamamaq barədə iltizam verdiyindən, geniş danışa bilməyəcək. Bununla belə o qeyd edib ki, "Azadlıq" qəzetinin işi ilə bağlı istintaqa çağırılıb.

Bir gün əvvəl, sentyabrın 6-da "Azadlıq" qəzetinin digər əməkdaşı Xəyal Babayev də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilmişdi. O da iltizama qol çəkdiyindən, hansı səbəblə istintaqa dəvət edildiyini söyləməmişdi.

"Azadlıq" qəzetinin yayım üzrə direktoru, AXCP sədrinin köməkçisi Faiq Əmirli avqustun 20-da saxlanıb. Avqustun 22-də Nəsimi Rayon Məhkəməsi onun haqqında ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verib.

F.Əmirli Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fəthullah Gülənin tərəfdarlarının "Hizmet" hərəkatının imamı kimi təqdim edir.

AXCP F.Əmirlinin həbsini siyasi sifariş sayır. Partiyanın verdiyi bəyanatda bildirilir ki, hakimiyyət bununla özünün Türkiyədə 15 iyul çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fəthullah Gülənlə əlaqələrini gizlətməyə və rəqiblərini sıradan çıxarmağa çalışır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG