Accessibility links

Bu barədə Amerikanın Səsinə Natiq Cəfərli bildirib

"Real” hərəkatının icraçı katibi Natiq Cəfərli azadlığa buraxılıb.

Bu barədə Amerikanın Səsinə Natiq Cəfərli bildirib.

"Nəsimi rayon məhkəməsi mənim həbs-qətimkan tədbirinin ləğvi barədə qərar verib. Bu qərar Baş Prokurorluğun təqdimatı əsasında olub".

Vəkil Cavad Cavadov Natiq Cəfərli ilə

Vəkil Cavad Cavadov Natiq Cəfərli ilə

“Lakin mənim barəmdə olan cinayət işinin araşdırması davam edir”, - deyə o vurğulayıb.

N. Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

N. Cəfərliyə Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Bu ittihamlarla N. Cəfərli əmlakı müsadirə olunmaqla, 3 ildən 8 ilədək həbs edilə bilər.

REAL hərəkatı bəyanat verərək həbsi siyasi sifariş sayıb. Bəyanatda qeyd edilib ki, bu sifariş dövlət başçısından gəlib. REAL hərəkatı N.Cəfərlinin mənimsəmələrə yol vermədiyini, iddiaların cəfəngiyat olduğunu bildirir.

Show comments

XS
SM
MD
LG