Accessibility links

ABŞ Konqresində Azərbaycanla bağlı dinləmələr keçiriləcək


"Azərbaycan: İnsan haqlarının əhəmiyyəti varmı?". Sentyabrın 15-də ABŞ Konqresinin Tom Lantos İnsan Haqları Komissiyasında Azərbaycanda insan haqlarının hazırkı durumu və bunun ABŞ siyasətinə təsirləri ilə bağlı dinləmələr keçiriləcək.

Dinləmələrdə AzadlıqRadiosunun araşdırmaçı jurnalisti Xədicə İsmayılova, AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç çıxış edəcək.

Dinləmələrlə bağlı anonsda deyilir ki, ölkədə məhdudlaşdırıcı qanunlar QHT-lərin və müstəqil medianın işinə əngəl yaradır.

"Əliyev hökuməti barəsində korrupsiya ittihamları ilə bağlı məlumatlar dolaşır, hökumət iqtisadiyyatın zəifləməsi və valyutanın ucuzlaşmasının qarşısını almaqla bağlı çalışır.

"2014-cü ildən bəri prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan hökuməti narazılıqlara təzyiqi gücləndirib, jurnalistləri, müxalifət fəallarını, dini fəalları, vətəndaş cəmiyyəti üzvlərini həbsə atdırır. ABŞ-ın maliyyələşdirdiyi AzadlıqRadiosu və bir sıra qeyri-hökumət təşkilatları ölkədən çıxarılıb. AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılova il yarım qondarma ittihamlarla həbsdə yatıb. Rəqəmləri dəqiqləşdirmək çətin olsa da, etibarlı mənbələrə görə, ölkədə 100-dən artıq şəxs siyasi ittihamlarla həbsdədir", komissiyanın yaydığı anonsda deyilir.

Hakimiyyət təmsilçiləri, hələlik, bu dinləmələrlə bağlı mövqe açıqlamayıb. Amma ənənəvi olaraq, hökumət ölkədə fundamental insan haqlarının qorunduğunu bildirir, beynəlxalq tənqidləri rədd edir.

Qeyd edək ki, 2014-cü il dekabrın 5-də həbs olunan Xədicə İsmayılova vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası almışdı. Ancaq o, ittihamları qəbul etmir, korrupsiya araşdırmalarına görə həbs olunduğunu bildirirdi.

Jurnalist bu il mayın 25-də Ali Məhkəmənin qərarı və ona 3 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzası kəsilməklə, sərbəst buraxılıb. Onun ölkədən çıxışına icazə verilmir.

Xədicə İsmayılova bu il iyulun əvvəllərində Kütləvi İnformasiya Vasitələrinin Tbilisidə keçirilən XIII Cənubu Qafqaz konfransına "Skype" vasitəsilə qatılmışdı.

Amnesty İnternational jurnalisti "vicdan məhbusu" elan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG