Accessibility links

Amnesty İnternational fəallari "vicdan məhbusu" elan edib

Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə "Nida" Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədov barəsindəki həbs müddətinin uzadılması haqqında Xətai rayon Məhkəməsinin qərarından verilən şikayətə baxılıb.

Vəkil Elçin Sadıqovun sözlərinə görə məhkəmə şikayət təmin etməyib.

Qeyd edək ki, B.Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə bu il mayın 10-da saxlanıb. Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Gənclər narkotikdə ittiham edilirlər. Ancaq onlar işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildiriblər.

Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verildiyini təkzib edib.

Gənclərin keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazılmasına görə həbs edildiyi güman olunur.

Q.İbrahimovun işi üzrə isə Bakı Ağır cinayətlər məhkəməsində proses başlayıb.

Amnesty İnternational fəallari "vicdan məhbusu" elan edib.

XS
SM
MD
LG