Accessibility links

Bakının azad olunmasından artıq 98 il ötür [Video]


Bakı islam ordusu

Bakı islam ordusu

Sentyabrın 15-də Nuru paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını işğalçılardan azad edib

Bu gün,15 sentyabr Qafqaz Islam Ordusu tərəfindən Bakının daşnak-bolşevik birləşmələrindən azad olunduğu gündür.

Bakının azad olunmasından artıq 98 il ötür.

1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsi elan edildikdən sonra Azərbaycan hökuməti bir müddət Tbilisidə, daha sonra Gəncədə fəaliyyət göstərib.

Tarixçilərin fikrincə, Bakı azad edilmədən Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək mümkünsüz idi. Müstəqilliyə təzə qovuşmuş Azərbaycana belə bir şəraitdə özünün çox ağır durumuna baxmayaraq, Osmanlı Türkiyəsi dəstək olub. Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərib.

Sentyabrın 15-də Nuru paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını işğalçılardan azad edib. Bu tarixi hadisədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürülüb.

Tarixçi-professor, Milli Şuranın sədri Cəmil Həsənli deyir ki, 1918-ci ildə Bakının daşnak-bolşevik işğalından azad edilməsi islam dünyasının Qurban bayramı günlərinə təsadüf edib. Bakıdan İstanbula kimi bir çox yerlərdə həmin günlər iki qurban kəsilib: «Bir İsmayıl peyğəmbərinin qurbanları, bir də Bakının azad olunması şərəfinə qurbanlar»,-deyə tarixçi qeyd edir.

Alim deyib ki, Azərbaycanın o zamankı milli hökumətinin, Azərbaycan könüllülərinin Qafqaz İslam Ordusu ilə birgə qəhrəmanlığı Bakını Azərbaycan xalqına qaytarıb.

“Ənvər Paşa” kitabının müəllifi Türkiyəli tarixçi Kevzat Kösoğlu komandan Ənvər Paşanın qəhrəmanlıqlarından danışıb. Onun sözlərinə görə, Ənvər Paşa Türkiyənin özünün ağır siyasi durumda olduğu dövrdə Bakını azad edib. “Türk millətinin varlığı məhz Bakıdan, Azərbaycandan keçir”.

XS
SM
MD
LG