Accessibility links

Bakı meriyası Müsavat və Milli Şuraya mitinq keçirməyə icazə verib [Yenilənib]


Müsavat partiyası
Müsavat partiyası

Etiraz aksiyası ölkə Konstitusiyasına nəzərdə tutulan dəyişikliklərə qarşı yönəlib

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətini də cavablandırıb.

BŞİH mitinqin sentyabrın 17-də saat 15:00-dan 17.00-dək keçmiş "Məhsul" stadionunda keçirilməsinə razılıq verib.

***

Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının sentyabrın 18-də Bakı şəhəri, Yasamal rayonu, keçmiş "Məhsul" stadionunda keçirmək istədiyi mitinqə razılıq verib.

Bu barədə Amerikanın Səsinə Müsavat partiyası başqanı Arif Hacılı bildirib.

Mitinq saat 17:00-dan 19-00-dək keçiriləcək.

Qeyd edək ki, sentyabrın 17-də Milli Şura da aksiya keçirmək barədə qərar verib.

Müsavat Partiyası həmçinin sentyabrın 24-nə birgə mitinqinin keçirilməsini xalqın maraqlarının qorunması və ümumxalq etirazının təşkil edilməsi baxımından məqsədəuyğun sayıb.

Konstitusiyaya dəyişiklərlə bağlı referendum sentyabrın 26-da keçiriləcək.

Etiraz aksiyası ölkə Konstitusiyasına nəzərdə tutulan dəyişikliklərə qarşı yönəlib.

Avqustun 27-də Mərkəzi Seçki Komissiyası (MSK) Müsavat Partiyasının referendum ilə bağlı təsis etdiyi «Respublika» təşviqat qrupunu qeydə almaqdan imtina edib.

MSK qərarını «Respublika» təşviqat qrupunun qeydə alınması üçün etibarlı imzaların sayının tələb ediləndən (40 min) az olması ilə əsaslandırıb. MSK-nın gəldiyi qənaətə görə, Müsavat Partiyasının təqdim etdiyi imzalardan 3 min 604-ü etibarsızdır. Etibarsız sayılan imzalar çıxıldıqda, yerdə qalan imzalar qrupun qeydə alınmasına yetməyib.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

XS
SM
MD
LG