Accessibility links

Avropa Şurası Parlament Assambleyası (AŞPA) sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçiriləcək referendumu izləmək üçün qiymətləndirmə missiyası göndərəcək.

AŞPA-nın məlumatına görə, hökumətin dəvətilə baş tutacaq missiyaya makedoniyalı deputat Aleksandr Nikoloski rəhbərlik edəcək.

Nümayəndə heyətinə italiyalı Andrea Rigoni, bolqarıstanlı Yanaki Stoylov, ispaniyalı Antonio Gutierrez, polşalı Dominik Tarçinski və Azərbaycan üzrə məruzəçilər Stefan Şennak (Avstriya) və Sezar Florin Preda (Rumıniya) daxildir.

Missiya üzvləri Azərbaycan prezidenti İlham Əliyev, parlamentin spikeri Oqtay Əsədov, Mərkəzi Seçki Komissiyasının rəhbəri Məzahir Pənahov, Azərbaycanın AŞPA-da nümayəndə heyəti, vətəndaş cəmiyyəti və media təmsilçiləri ilə görüşəcəklər.

AŞPA nümayəndələri səsvermə günü məntəqələrə baş çəkəcəklər.

Səsvermə ilə bağlı ilkin nəticələr sentyabrın 27-də keçiriləcək mətbuat konfransında açıqlanacaq.

Show comments

XS
SM
MD
LG