Accessibility links

Məhkəmə AXCP-çi gənci həbsdə saxlayıb


Cəzaçəkmə müəssisənin mənfi rəyinə görə fəal həbsdə saxlanılıb

Sentyabrın 22-si Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsinin üzvü Elvin Abdullazadənin şikayətinə baxılıb.

Qaradağ Rayon Məhkəməsinin hakimi Rəşad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə gənc fəalın cəzasının çəkilməmiş hissəsindən azad edilməsi istənilib.

Vəkili Fəxrəddin Mehdiyev Amerikanın Səsinə bildirib ki, Qaradağ Rayon Məhkəməsi iclasını E.Abdullayevin saxlandığı 14 saylı Cəzaçəkmə Müəssisəsində keçirib. Prosesdə müdafiə tərəfinin istəyi təmin edilməyib. Vəkil bu qərardan apellyasiya şikayəti verəcəyini söyləyib.

Vəkil deyir ki, bu maddə ilə cəzanın çox hissəsini çəkən şəxsi vaxtından əvvəl azad etmək mümkündür.

“2 il 6 aylıq cəzanın yarısı 1 il 3 ay edir. Bundan sonra məhbus azad oluna bilər. Elvin isə artıq 1 il 8 aydır ki, cəza çəkir. Amma 14 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbəri E. Abdullayev barədə mənfi mülahizə verdiyi üçün bundan imtina edildi”, o qeyd edib.

Elvin Abdullazadə Azərbaycan Pedaqoji Universitetinin tələbəsi olub.

2015-ci il yanvarın 8-də imtahandan çıxarkən saxlanıb.

Elvin Abdullayev Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham olunub.

2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il həbs cəzası alıb.

Gənc cəbhəçi ittihamı qəbul etmir və həbsini siyasi sifariş sayır.

Məsələyə Ali Məhkəmə instansiyanda baxılanda onun ittiham olunduğu maddə dəyişdirilib. O, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (şəxsi məqsədlə narkotik istifadəsi) ilə ittiham edilib.

Nəticədə gənc fəalın cəza müddəti 6 ildən 2,6 aya endirilib. Həbs müddəti dəyişdirildikdən sonra E. Abdullayev 6 saylı Cəzaçəkmə Müəssisəsindən 14 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG