Accessibility links

ATƏT-in Minsk qrupu: Yaxın gələcəkdə regiona səfər etməyi planlaşdırırıq


ATƏT-in Minsk qrupunun həmsədrləri

ATƏT-in Minsk qrupunun həmsədrləri

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşlərinin yekunlarına dair bəyanat yayıb.

Bəyanatda deyilir: "ATƏT -in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andriyu (Fransa) və ATƏTin hazırki sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Dağlıq Qarabağ münqaişəsinin həlinə dair danışıqlar aparmaq üçün Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüş keçirib.

Görüş zamanı biz Vyana və Sankt-Peterburq Sammitlərində qəbul olunmuş qərarların icrasına xüsusi önəm verdik. Xüsusilə də münaqişənin həllinə yönələn danışıqlar üçün münbit atmosfer yaratmaq üçün gələcək addımları müzakirə etdik.

Biz həmçinin tərəflərin müzakirə edə biləcəyi təkliflər barədə fikir mübadiləsi apardıq. Bizim hökumətlər iki ölkənin prezidentləri və ya xarici işlər nazirlərinin münasib zamanda görüşünü təşkil etməyə hazırdır.

Biz yaxın gələcəkdə regiona səfər etməyi planlaşdırırıq", sənəddə qeyd edilir.

XS
SM
MD
LG