Accessibility links

Şeyxülislam dini televiziyanın açılmasını təklif edir


Şeyxülislam Hacı Allahşükür Paşazadə
Şeyxülislam Hacı Allahşükür Paşazadə

Məhərrəm ayının başlanması ilə bağlı sentyabrın 27-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) keçirilən tədbirdə Şeyxülislam Allahşükür Paşazadə ölkədə dini televiziyanın yaradılmasını təklif edib.

A.Paşazadə deyib ki, hətta bu barədə dövlət başçısı İlham Əliyevlə söhbəti də olub.

QMİ sədri bu televiziyada çalışa bilməkdən ötrü jurnalistlər üçün dini kursların açılmasını da təklif edib.

Bununla yanaşı, Paşazadə dini televiziyanın nə vaxt açılacağı, lisenziya alınması üçün Milli Teleradio Şurasına müraciət edilib-edilməsi barədə məlumat verməyib.

XS
SM
MD
LG