Accessibility links

"Freedom House"-dan Azərbaycanla bağlı növbəti bəyanat


"Freedom House" hüquq-müdafiə təşkilatı Azərbaycanda 26 sentyabr referendumuyla bağlı bəyanat verib.

Təşkilat bu açıqlamanı Mərkəzi Seçki Komissiyasının (MSK) ciddi seçki pozuntularına baxmayaraq, Konstitusiyaya dəyişiklikləri təsdiqləməsinə cavab olaraq yaydığını bildirir:

"Azərbaycanın seçki komissiyası 26 sentyabr referendumunun nəticələrini qəbul etməklə öz tələblərini gözardı edib. Bu nəticələr seçki qutularına topa bülleten atılması, prosedurlara etiraz edənlərin saxlanması və digər ciddi pozuntuların sənədləşdirilməsinə rəğmən, qəbul edilib", qurumun beynəlxalq proqramlar üzrə vitse-prezidenti Robert Herman deyib.

"Hökumət vətəndaşlarının təməl hüquqlarına sayqısızlığını sərgiləyib", o əlavə edib.

MSK sentyabrın 27-də bildirib ki, Konstitusiya dəyişikliklərini seçicilərin 90 faizinədək dəstəkləyib. Prezidentlik müddətinin artırılmasını, seçkidə yaş həddinin aradan qaldırılmasını və bəzi məhdudlaşdırmaları nəzərdə tutan həmin dəyişiklikləri müxalifət "mürtəce" adlandırır, referendumun ləğvini tələb edir. Üstəlik, Avropa Şurasının Venesiya Komissiyası da ilkin rəyində təklifləri tənqid edib.

Hakimiyyət təmsilçiləri bu tənqidləri qəbul etmir, dəyişikliklərin islahatları hədəflədiyini bildirir. Venesiya Komissiyasının rəyi də "sifarişli" adlandırılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG