Accessibility links

ABŞ Dövlət Departamenti: Sülhə görə məsuliyyət hər iki dövlətin üzərinə düşür


ABŞ Dövlət Departamenti
ABŞ Dövlət Departamenti

“ABŞ Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə nizamlanması prosesini dəstəkləyir”.

Bu sözləri ABŞ Dövlət Departamentinin nümayəndəsi Elizabet Trudo oktyabrın 3-də Vaşinqtonda keçirilən brifinq zamanı bildirib.

Onun sözlərinə görə, ABŞ ATƏT-in Minsk qrupunun həmsədri qismində tərəflərlə fəal əməkdaşlığı davam etdirir: “Münaqişə üzrə uzunmüddətli mövqeyimiz Helsinki Yekun Aktının güc tətbiq etməmək, ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə prinsiplərini əhatə edən beynəlxalq hüquqa əsaslanır”, Elizabet Trudo qeyd edib.

E.Trudonun fikrincə, sülhə görə məsuliyyət hər iki dövlətin üzərinə düşür və münaqişənin nizama salınması yollarının axtarışında ölkə rəhbərlərinin cəhd göstərmələri vacibdir.

Rusiyanın Tass-ru rəsmi agentliyi ötən həftə ABŞ-ın dövlət katibi Con Kerrinin "Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün şərait hələ yaranmayıb" dediyini bildirib. Bu fikri dövlət katibi sentyabrın 29-da dünyada münaqişələrin vəziyyətinə, ilk növbədə Suriyada vəziyyətə dair bəyanatında söyləyib.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Münaqişə nəticəsində Azərbaycanın BMT tərəfindən tanınan ərazilərinin 20 faizinədək hissəsi ermənilərin nəzarətindədir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG