Accessibility links

Almaniya XİN-in məsul nümayəndəsi cəbhədə keçiriləcək monitorinqdə iştirak edəcək


ATƏT-in Minsk qrupunun həmsədrləri cəbhə xəttində (Foto Ceyms Uorlikin Twitter səhifəsindən götürülüb)

ATƏT-in Minsk qrupunun həmsədrləri cəbhə xəttində (Foto Ceyms Uorlikin Twitter səhifəsindən götürülüb)

ATƏT in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 5-də Goranboy rayonunun (Bakıdan 313 kilometr qərb) Gülüstan kəndi yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik və onun səhra köməkçiləri Xristo Xristov və Piter Şvedberq, Ermənistan silahlı qüvvələri tərəfindən nəzarət olunan Azərbaycan ərazisində isə Almaniya Xarici İşlər Nazirliyinin Ermənistan və Azərbaycan üzrə məsul nümayəndəsi Klaus Keller, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petriça və Saymon Tiller keçirəcəklər.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Rusiya prezidentinin təşəbbüsü ilə tərəflər hərbi əməliyyatları dayandırıb.

Minsk qrupunun həmsədr dövlətləri dəfələrlə hazırki status-kvonun qəbul edilməz olduğunu bəyan edib. Buna baxmayaraq danışılarda irəliləyiş qeydə alınmayıb.

Hərbi əməliyyatlar dayandırldıqdan sonra iki ölkə prezidenti Vyanada və Sankt-Peterburqda görüşüb.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Münaqişə nəticəsində Azərbaycanın BMT tərəfindən tanınan ərazilərinin 20 faizinədək hissəsi ermənilərin nəzarətindədir.

XS
SM
MD
LG