Accessibility links

Müsavat başqanının müavini Fərəc Kərimli azadlığa buraxılıb


Müsavat partiyasının gənc fəalı Fərəc Kərimov
Müsavat partiyasının gənc fəalı Fərəc Kərimov

Müsavat Paartiyası başqanının həbsdə olan müavini Fərəc Kərimli azadlığa buraxılıb.

Bu barədə Amerikanın Səsinə F. Kərimlinin vəkili Nemət Kərimli bildirib.

O bildirib ki, prezidentin imzaladığı sonuncu amnistiya aktının icrası ilə əlaqədar olaraq F. Kərimli cəzasının çəkilməmiş hissəsindən azad edilib. O bu gün sərbəst buraxılıb.

Müsavat Partiyası başqanının müavini Elman Fəttah Amerikanın Səsinə deyib ki, Kərimli amnistiya aktı elan edilən zaman, yəni iyun ayında azadlığa buraxılmalı idi.

"Fərəc Kərimli vicdan məhbusudur. O, siyasi sifarişlə həbs edilib və hər hansı ittiham sübut olunmayıb. Ancaq amnistiyanın müddətinin sonuna bir həftə qalmış Fərəci azad etdilər. Bu da hakimiyyətin xislətindən xəbər verir", o qeyd edib.

Fərəc Kərimli 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ali Məhkəmənin qərarı ilə cəza müddəti azaldılan Fərəc Kərimli bu il iyunun 15-də qəbul edilən amnistiya aktına əsasən azadlığa buraxılmalı idi. Amnistiya aktının icrası üçün nəzərdə tutulan 4 aylıq müddət oktyabrın 14-də başa çatır.

Amnesty İnternational onu "vicdan məhbusu" elan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG