Accessibility links

Akif Çovdarovun məhkəməsi üzrə hazırlıq iclası davam edib


Akif Çovdarov
Akif Çovdarov

Hazırlıq iclası jurnalistlərin iştirakı olmadan keçirilir

Oktyabrın 4-də Bakının Sabunçu rayon Məhkəməsində Ağır Cinayətlər üzrə Hərbi Məhkəməsinin ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat sahəsində Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi Akif Çovdarov və bir qrup digər şəxsə – Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova qarşı cinayət işi üzrə hazırlıq iclası davam edib.

İclas qapalı rejimdə keçirilir.

Vəkil Cavid Rzazadə Amerikanın Səsinə bildirib ki, iclasda vəkillər bir sıra vəsatətlərlə çıxış ediblər. Xüsusən, onlar Hərbi Məhkəmənin müstəsna hüququ olmasına baxmayaraq, həbs barədə qərarın Səbail rayon Məhkəməsi tərəfindən qəbul edilməsinin səbəbini araşdırmağa çağırıblar. Vəkillər təqsirləndirilən şəxslərin həbsi barədə qərarın əsassız hesab edilməsini və onun ləğv edilməsini tələb ediblər.

Məhkəmə vəsatətlərə baxmadan onları təmin etməyib.

Çovdarovun müdafiəsinə yeni vəkilin – Kamandar Nəsibovun qoşulması ilə əlaqədar o, 28 cildlik cinayət işinin materialları ilə tanış olmaq üçün ona 20 gün vaxt verilməsini istəyib. Çovdarov özü də “xəstə olduğunu” və iş materialları ilə tanış ola bilmədiyini bildirib.

Lakin prokuror müdafiə tərəfinə cəmi 15 gün vaxt verməyə çağırıb və hakim razılaşıb, növbəti iclası oktyabrın 19-na təyin edib.

Çovdarov həmçinin özünü pis hiss etdiyindən şikayət edib, 2006-cı ildə mədəsindən əməliyyat olunduğunu, daha sonra ürəyində şuntlama əməliyyatı keçirdiyini bildirib. Şovdarov müalicə müəssisəində həlimlərin nəzarəti altında saxlandığı bildirilib.

Təqsirləndirilən şəxslər - Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG