Accessibility links

Robert Sekuta: Münaqişənin həll olunması barədə yalnız tərəflər özləri razılaşa bilərlər, razılaşma zorla qəbul etdirilə bilməz


Robert Sekuta
Robert Sekuta

“Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün Azərbaycanın ərazi bütövlüyü və başqa prinsiplərin nəzərə alınmalı olunduğu barədə dəfələrlə, o cümlədən prezident İlham Əliyevin mart ayında Vaşinqtona səfəri zamanı bəyanat verib”.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Amerikanın Səsinin sorğusuna cavabda deyib.

Bu səhərki görüşdə Novruz Məmmədovun Azərbaycan münaqişənin sülh yolu ilə həll olunmasına nail olmaq üçün addım atmağa hazır olması barədə dediyi fikirləri qeyd etdim və bu barədə Vaşinqtona məruzə edəcəyəm.

Səfir ABŞ dövlət katibi Con Kerrinin son açıqlaması ilə bağlı Azərbaycanın yüksək səviyyəli dövlət rəsmiləri ilə müzakirələr apardığını bildirib.

“Mən dövlət katibinin dediklərini təhlil etmək fikrində deyiləm, lakin deyə bilərəm ki, mənim son bir neçə gün ərzində Azərbaycanın yüksək səviyyəli dövlət rəsmiləri ilə bu məsələyə dair bir sıra müzakirələrim olub," səfir qeyd edib.

ATƏT-in Minsk Qrupunun vasitəçilik fəaliyyətinə toxunan Robert Sekuta tərəfləri sülhə yaxınlaşdırmaq istiqamətində səylərin davam etdiriləcəyini deyib.

Aprel ayında təmas xəttində gərginliklərin qəfil eskalasiyası sülh danışıqlarının aktuallığını artırıb.
Aprel ayında təmas xəttində gərginliklərin qəfil eskalasiyası sülh danışıqlarının aktuallığını artırıb.

"Minsk Qrupu həmsədrlərinin rolu haqqında deyərdim ki, biz onların işini tərəfləri bir araya gətirmək, məsələləri müəyyən etmək və tərəflərin münaqişənin həll olunması istiqamətində irəliləyə biləcəkləri yolları müəyyən etməkdə görürük. Lakin bundan öncə də dediyimiz kimi, münaqişənin həll olunması barədə yalnız tərəflər özləri razılaşa bilərlər, razılaşma zorla qəbul etdirilə bilməz və bu zorla qəbul etdirmə kənardan ola bilməz. Bununla bərabər, bu səhərki görüşdə Novruz Məmmədovun Azərbaycan münaqişənin sülh yolu ilə həll olunmasına nail olmaq üçün addım atmağa hazır olması barədə dediyi fikirləri qeyd etdim və bu barədə Vaşinqtona məruzə edəcəyəm. İcazə verin, bildirim ki, davam etməkdə olan insidentlər barədə narahatlığımız davam edir və biz Dağlıq Qarabağ münaqişəsində istənilən insan itkisinə dərindən təəssüf edir və dərin hüznlə başsağlığımızı ifadə edirik,” Sekuta bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG